Icma.az
close
up
RU
Neft necə yaranır? Dinazavrlarla bağlı yayılmış mifin əslində əsası yoxdur

Neft necə yaranır? Dinazavrlarla bağlı yayılmış mifin əslində əsası yoxdur

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Çoxları hələ də hesab edir ki, neft dinazavr qalıqlarından yaranıb. Lakin bu geniş yayılmış fikir elmi baxımdan tamamilə yanlışdır. 

Qaynarinfo xəbər verir ki, geoloq Reydar Müllerin (Oslo Universiteti) "IFLScience" nəşrinə verdiyi açıqlamaya görə, neftin dinazavrlarla heç bir əlaqəsi yoxdur. Əslində, neft milyardlarla il əvvəl yaşamış mikroskopik yosunlar və planktonların qalıqlarından yaranıb.

Neft necə əmələ gəlir?

Yüz milyonlarla il əvvəl dənizlərdə yaşamış plankton və mikroskopik yosunlar öldükdən sonra onların cəsədləri dəniz dibinə çökərək zamanla çöküntü süxurları ilə örtülüb. Bu orqanik material, oksigenin az olduğu və təzyiqin yüksək səviyyədə olduğu mühitdə milyonlarla il ərzində tədricən tünd, yapışqan maye halına – neftə çevrilib.

Daha sonra bu neft yerin dərinliklərindən yuxarı doğru süzülərək keçə bilmədiyi süxur qatına qədər qalxır və orada toplanır. Onu çıxarmaq üçün isə qazma işləri aparılmalı, yaxud hansısa təbii hadisə nəticəsində səthə çıxması gözlənilməlidir.

Bəs dinazavrların neftə nə aidiyyati var?

Mətbuatda qeyd olunur ki, dinazavrlar – məsələn, dənizdə batan bir tiranozavr – nəzəri olaraq dəniz dibinə çökə bilərdi. Lakin onların qalıqları neftə çevrilmək üçün lazım olan şərtlərə uyğun gəlmir.

Neftin əmələ gəlməsi üçün lazım olan mühüm amillərdən biri oksigensiz mühitdir. Dinazavrlar öldükdən sonra, çox güman ki, dəniz heyvanları tərəfindən parçalanıb yeyilir və yalnız sümükləri qalırdı. Bu qalıqlar da çöküntü süxurları ilə örtülmədən əvvəl məhv olurdu. Beləliklə, dinazavrların neftin yaranmasında əhəmiyyətli rolu olmadığı elmi şəkildə təsdiqlənib.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 İyul 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see311

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see194

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see158

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see154

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see148

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see139

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see137

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see137

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see132

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see132

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see131

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see129

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see129

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri