Icma.az
close
up
RU
Neft qiymətilə bağlı bədbin proqnoz 40 dollaradək düşə bilər

Neft qiymətilə bağlı bədbin proqnoz 40 dollaradək düşə bilər

Icma.az bildirir, Marja.az portalına istinadən.

Qlobal investisiya bankı Goldman Sachs, Brent neftinin 2026-cı ildə orta hesabla 56 dollar, Qərbi Texas (WTI) neftinin isə 52 dollar səviyyəsində olacağını proqnozlaşdırıb. Bank, qiymətlərin 2027-ci ildən etibarən bərpa olunacağını gözləyir. Proqnoza əsasən, Brent 2028-ci ilin sonunda 80 dollar səviyyəsinə çatacaq.

Marja.az-ın məlumatına görə, Goldman Sachs, qlobal neft bazarında gündə təxminən 2 milyon barellik təklif artığı səbəbindən qiymətlərin 2026-cı ildə də aşağı düşəcəyini bildirir.

Bankın qiymətləndirməsinə görə, Brent neftinin 2026-cı il üzrə orta qiyməti (56 dollar) və WTI neftinin qiyməti (52 dollar) hazırkı fyuçers qiymətlərindən aşağıdır (Brent 64 dollar, WTI 60 dollar).

Təklif artığının səbəbləri arasında pandemiyadan əvvəl verilmiş, lakin Covid dövründə təxirə salınmış uzunmüddətli investisiya qərarlarının indi işə düşməsi və OPEC+ ölkələrinin hasilat məhdudiyyətlərini aradan qaldırması göstərilir. ABŞ və Braziliya kimi istehsalçıların da hasilatı artırması qiymətlər üzərində əlavə təzyiq yaradır.

Beynəlxalq Enerji Agentliyi isə 2026-cı ildə qlobal neft bazarında gündə 4,09 milyon barel həcmində artıq təklif ola biləcəyini açıqlayıb.

2027-ci il üçün artım proqnozu

Goldman Sachs, qiymətlərin 2027-ci ildən etibarən yüksəlişə keçəcəyini gözləyir. Bankın proqnozuna görə, 2028-ci ilin sonunda Brent 80 dollar, WTI isə 76 dollar səviyyəsinə çatacaq. Bununla yanaşı, xəbərdarlıq edilib ki, 2026–2027 dövründə Brent qiymətləri 40 dollaradək enə və ya Rusiyanın təklifində kəskin azalma baş verərsə 70 dolların üzərinə qalxa bilər.

Hazırda Brent fyuçersləri 64,19 dollara, WTI fyuçersləri isə 43 dollar azalaraq 59,93 dollar səviyyəsində ticarət olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://marja.az
archiveBu xəbər 18 Noyabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri