Neft sazişi olacaq?
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
ABŞ və Rusiya arasında böyük neft sazişi ilə bağlı danışıqlar aparılır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The New York Times“ məlumat yayıb.
Qeyd edilib ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner Moskva ilə Ukraynadakı müharibənin dayandırılması ilə bağlı danışıqlarla paralel milyardlarla dollarlıq neft sazişini də müzakirə edir.
Nəşrin məlumatına görə, sövdələşmə Rusiyanın “Lukoyl” şirkətinə məxsus dünyanın müxtəlif ölkələrindəki neft yataqları, neft emalı zavodları və yanacaqdoldurma məntəqələrinə aiddir.
Kamerundakı neft yataqlarından və Avropadakı neft emalı zavodlarından tutmuş Nyu-Cersidəki yanacaqdoldurma məntəqələri şəbəkəsinə qədər müxtəlif aktivləri əhatə edən bu genişmiqyaslı sövdələşmənin həyata keçirilməsi üçün ABŞ hökumətinin və Kremlin razılığı tələb olunur.
Nəşrin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin bu saziş məsələsinə sentyabrın 5-də Kremldə Uitkoff və Kuşnerlə keçirilən görüş zamanı toxunub. Məlumatlı mənbələrə istinad edən qəzet yazır ki, həmsöhbətlərdən birinin sözlərinə görə, Putin rusiyalılara ABŞ-la biznes qurmağın mümkünlüyünü nümayiş etdirmək üçün bu sazişin bağlanmasını təklif edib“The New York Times“ yazır ki, nəticə etibarilə neft sazişinin bağlanması Putinin və Trampın qərarlarından asılıdır.
Ağ Ev, ABŞ Maliyyə Nazirliyi və “Lukoyl” şirkəti “The New York Times” jurnalistlərinin şərh almaq üçün göndərdikləri sorğulara cavab verməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 03 Oktyabr 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















