Icma.az
close
up
RU
Neft və Sənaye Universitetinin 10 magistrantına Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən təqaüd veriləcək

Neft və Sənaye Universitetinin 10 magistrantına Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən təqaüd veriləcək

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 1 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov ADNSU ilə əməkdaşlıqdan məmnun olduğunu və bu əməkdaşlığın uğurlu nəticələr verəcəyinə əminliyini bildirib. Suya tələbatın artması, su resurslarının azalması fonunda ixtisaslı kadrların yetişdirilməsinin, yeni yanaşmaların tətbiq olunmasının əhəmiyyətindən söz açan sədr Zaur Mikayılov ADNSU-da bu sahədə ilk dəfə olaraq ali təhsil alan tələbələr üçün Təhsil Təqaüd proqramı vasitəsilə Agentliyin gənclərə və ali təhsilə dəstək olmağı hədəflədiyini bildirib.

ADNSU-nun rektoru dosent Rüfət Əzizov çıxışında sənaye ilə əməkdaşlığın yalnız tədris prosesinə deyil, elmi-tədqiqat fəaliyyətlərinə də müsbət təsir göstərdiyini vurğulayıb. O, universitetin əsas məqsədlərindən birinin ölkə üçün prioritet sahələrdə ixtisaslı kadrların hazırlanmasına töhfə vermək olduğunu qeyd edib. Təqaüd proqramına seçilən tələbələri təbrik edən rektor əməkdaşlığın yalnız təhsil sahəsində deyil, eyni zamanda, elmi və innovativ təşəbbüslərin reallaşdırılmasında önəmli rol oynadığını bildirib. R.Əzizov sənayedə çalışan peşəkarların tədris prosesinə cəlb edilməsinin və su ehtiyatları mövzusunda konfransların keçirilməsinin tələbələrin peşəkar inkişafına əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüşdə, həmçinin birgə elmi-tədqiqat işlərinin və təhsil proqramlarının həyata keçirilməsinin müasir texnologiyaların tətbiqi və bu istiqamətdə kadr hazırlığı kimi məsələlər gündəmə gətirilib. Agentlik tərəfindən təqaüd qazanan tələbələr göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.

ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin bu il ilk dəfə qəbul aparılan “Su ehtiyatlarının idarə olunması və mühafizəsi” üzrə magistratura səviyyəsində təhsil alan 10 tələbəsinə Agentlik tərəfindən təqaüd veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:46
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri