Icma.az
close
up
RU
Neftçalanın icra başçısı səyyar görüş keçirdi Fotolar

Neftçalanın icra başçısı səyyar görüş keçirdi Fotolar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu rayonun Pirəbbə kənd sakinləri ilə keçirib. 

“Qafqazinfo” xəbər verir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları iştirak ediblər.

İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Səyyar qəbul zamanı Yuxarı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və 2025-ci il ərzində kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.

Çıxış edən natiqlər “15 İyun- Xalqımızın və müstəqilliyimizin Qurtuluş tarixi” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər.

Bildirilib ki, 15 İyun Azərbaycan xalqının müasir tarixində mühüm yer tutan əlamətdar gündür. 1993-cü ilin iyun ayında ölkədə yaranan mürəkkəb ictimai-siyasi vəziyyət, vətəndaş qarşıdurması təhlükəsi və dövlət müstəqilliyinin itirilməsi riski Azərbaycanı ciddi sınaqlarla üz-üzə qoymuşdu. Belə bir zamanda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi, qətiyyətli rəhbərliyi və uzaqgörən siyasəti sayəsində ölkədə sabitlik bərpa olundu, vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlət müstəqilliyi qorundu və möhkəmləndirildi. Sonrakı illərdə həyata keçirilən siyasi, iqtisadi və hüquqi islahatlar Azərbaycanın inkişafının əsasını qoydu, ölkəmizin beynəlxalq nüfuzu yüksəldi.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, 15 İyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyətə malik gündür. Bu tarix ölkəmizin müstəqilliyinin təhlükə qarşısında qaldığı mürəkkəb bir dövrdə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə bağlıdır. 1993-cü ildə ölkədə dərin siyasi böhran, xaos və parçalanma təhlükəsinin hökm sürdüyü bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı vətəndaş qarşıdurması və dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas etdi. Ümummilli Liderin uzaqgörən siyasəti, qətiyyətli rəhbərliyi və zəngin dövlətçilik təcrübəsi nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, dövlət idarəçiliyi möhkəmləndirildi və milli inkişafın əsasları yaradıldı.

RİH-in başçısı bildirib ki, Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına, iqtisadi inkişafına və müstəqil dövlət kimi mövqeyinin güclənməsinə mühüm töhfələr verdi. Xüsusilə 1994-cü ildə imzalanan Əsrin Müqaviləsi ölkənin iqtisadi yüksəlişinin təməlini qoyaraq Azərbaycanı qlobal enerji xəritəsində strateji mövqeyə çıxardı. Ulu Öndər Heydər Əliyev milli birlik, vətənpərvərlik və dövlətçilik ideyalarının təbliğinə xüsusi önəm verib, Azərbaycançılıq məfkurəsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib. Onun müəyyən etdiyi inkişaf strategiyası bu gün də ölkəmizin tərəqqisinə, suverenliyinin möhkəmlənməsinə və xalqın rifahının yüksəldilməsinə xidmət edir.

Milli Qurtuluş Gününü qeyd edərkən Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdəki misilsiz xidmətlərini dərin ehtiramla yad edir, onun zəngin siyasi irsini gələcək nəsillərə örnək kimi təqdim edir. Ulu Öndərin ideyaları və siyasi kursu bu gün də Azərbaycanın inkişaf yoluna işıq salan etibarlı bələdçi olaraq qalır.

RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.

Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən kənddaxili yolların təmiri, Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun təmiri və dayanacaq quraşdırılması, torpaqla təmin olunma, ev təmirinə köməklik, elektrik təsərrüfatının yenilənməsi, Bucaq suvarma kanalının lildən təmizlənməsi, Neftçala rayon Müşfiq Babayev adına Pirəbbə kənd ümumi orta ümumtəhsil məktəbinin bağlanmaması üçün köməklik, kəndlər arası marşurutun bərpa edilməsi, örüş təyinatlı torpaqların kateqoriyasının dəyişdirilərək səmərəli istifadəsi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilmişdir.

Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı müzakirə olunub və onların həlli məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 İyun 2026 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri