Icma.az
close
up
RU
Neftçalanın icra başçısı səyyar görüş keçirib FOTO

Neftçalanın icra başçısı səyyar görüş keçirib FOTO

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Xanməmmədli və Ramazanlı kəndlərinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Modern.az xəbər verir ki,Qaçaqkənd kəndində şəhidlərin xatirəsinə inşa olunan xatirə kompleksi ziyarət olunub və önünə gül dəstələri düzülüb.

İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Səyyar qəbul zamanı Qaçaqkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və kənd ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.

Çıxış edən natiqlər “Azərbaycanın memarlıq irsi dünya memarlığının zəngin və ayrılmaz tərkib hissəsidir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycanın memarlıq mədəniyyəti təkcə daş və tikililərdən ibarət fiziki irs deyil, xalqımızın əsrlər boyu formalaşan tarixi təcrübəsinin, dünyagörüşünün, estetik zövqünün və dövlətçilik ənənəsinin maddiləşmiş ifadəsidir. Müxtəlif sivilizasiyalarla təmasda təkamül edən bu zəngin xəzinə milli kimliyimizin və mədəni özünüdərkimizin ayrılmaz tərkib hissəsinə çevrilməsi haqqında geniş məlumat veriblər.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Azərbaycan memarlıq və şəhərsalma siyasətinin konseptual təməli Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə qoyulub. Bu dövrdə şəhərsalma ilk dəfə olaraq dövlət quruculuğunun tərkib hissəsi kimi dəyərləndirildi. Tarixi şəhərlərin qorunması, abidələrin bərpası və yeni layihələrin milli ənənələrə uyğun həyata keçirilməsi məqsədilə strateji qərarlar qəbul edildi. Ümummilli Lider Heydər Əliyevin yanaşmasının əsas mahiyyəti şəhər mühitini gələcək nəsillərin maraqlarının daşıyıcısı kimi görməkdən ibarət idi. Məhz bu illərdə sahənin davamlılığını təmin edən institusional mexanizmlər yaradıldı və normativ-hüquqi baza möhkəmləndirildi. Bu strategiya sonrakı dövrlər üçün möhkəm ideoloji və idaretmə təməlini formalaşdırdı.

RİH-nin başçısı bildirib ki, müasir dövrdə bu zəngin memarlıq irsinin qorunması, bərpası və gələcək nəsillərə çatdırılması Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə diqqəti, qayğısı və müstəsna xidmətləri sayəsində mümkün olub. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən strateji şəhərsalma layihələri, azad edilən ərazilərimizdəki misilsiz quruculuq işləri, eləcə də Heydər Əliyev Fondunun xətti ilə ölkəmizdə və onun hüdudlarından kənarda tarixi-dini abidələrin bərpa olunması milli mədəniyyətimizə verilən yüksək dəyərin bariz nümunəsidir. Mehriban xanım Əliyevanın humanist təşəbbüsləri və estetik baxışı sayəsində tarixi abidələrimiz öz ilkin simasına qaytarılaraq dünya mədəni irsinin inciləri kimi yenidən həyat qazanır.

RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. 

Neftçala RİH-in başçısı, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri, 2026–2030-cu illər üçün kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələrin Neftçala rayonunda icrası, kənd təsərrüfatının inkişafı və bu sahədə mövcud potensialdan səmərəli istifadə istiqamətində həyata keçirilən tədbirlər haqqında görüş iştirakçılarını məlumatlandırıb.

Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən kənd ərazisində həkim çatışmazlığı, əkin suyunda yaranan çətinliklər, bankomat (ATM) quraşdırılması, şəkərli diabet xəstələrinin dərmanlarının yerli məntəqədə verilməsi, ev sənədləşməsi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Səyyar qəbul zamanı vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" //rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Oktyabr 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri