Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Neftçalanın icra başçısı səyyar görüş keçirib FOTOLAR

Neftçalanın icra başçısı səyyar görüş keçirib FOTOLAR

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Qazaxbərəsi kənd sakinləri ilə səyyar görüş keçirib.

"Unikal" xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Qaçaqkənd kənd ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Qazaxbərəsi kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Çıxışçılar “Xalq –iqtidar birliyi ölkəmizin davamlı inkişafının, müstəqilliyinin və suverenliyinin parlaq təcəssümüdür” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycanın müasir inkişaf modelinin əsasını xalq ilə iqtidar arasında möhkəm və sarsılmaz birliyin mövcudluğu təşkil edir. Bu birlik milli maraqların müdafiəsində, dövlət müstəqilliyinin qorunmasında və ölkənin sosial-iqtisadi tərəqqisinin təmin olunmasında mühüm rol oynayır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar və strateji qərarlar xalqın geniş dəstəyi ilə daha böyük nəticələrə yol açır. Məhz bu vəhdət Azərbaycana qarşı yönələn təhdidlərin dəf olunmasında və dövlət suverenliyinin tam bərpasında həlledici amil olub. Xalq-iqtidar birliyi Azərbaycan dövlətçiliyinin dayanıqlığını və gələcək inkişaf perspektivlərini təmin edən ən möhkəm təməli olması haqqında iştirakçılara məlumat veriblər.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında bildirib ki,  Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi ilə əsası qoyulan xalq-iqtidar birliyi bu gün Prezident cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində daha da möhkəmlənib, Azərbaycanın inkişafında və güclənməsində həlledici rol oynayıb. Bu birlik milli həmrəyliyimizin təməl daşı, dövlət müstəqilliyimizin və suverenliyimizin əsas təminatıdır. Azərbaycanın müasir dövrdə əldə etdiyi bütün uğurların – iqtisadi inkişafın, sosial rifahın yüksəlməsinin, beynəlxalq nüfuzun artmasının əsasında məhz xalqla dövlətin bu sıx vəhdəti dayanır. Xalq öz liderinə inanır, dövlət isə xalqın maraqlarını daim ön planda tutur. Bu qarşılıqlı etimad sayəsində ölkəmiz son illərdə tarixi nailiyyətlərə imza atıb. Bu birliyin ən parlaq və şanlı təcəssümü 2020-ci ildə – 44 günlük Vətən müharibəsində özünü göstərdi. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu xalqın dəstəyi və mənəvi birliyi fonunda misilsiz qəhrəmanlıq nümunəsi göstərərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Qarabağ zəfəri xalq-iqtidar birliyinin, milli ruhun və müasir Azərbaycan dövlətçiliyinin təntənəsi oldu. Bu gün də ölkəmizin hər bir bölgəsində olduğu kimi, Neftçala rayonunda da bu birlik aydın şəkildə hiss olunur. Rayonda həyata keçirilən sosial-iqtisadi layihələr, infrastrukturun yenilənməsi və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər dövlətin xalqla birgə, əl-ələ verdiyi möhkəm iradənin göstəricisidir. Əminliklə deyə bilərik ki, xalq-iqtidar birliyi Azərbaycanın gələcək inkişafının, əmin-amanlığının və müstəqil dövlət kimi daim yüksələn xətlə irəliləməsinin təminatçısı olaraq qalacaqdır.

RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar, şəhid Habil Abuşovun adının əbədiləşdirilməsi, elektrik təchizatının yenilənməsi, Milliön ödəmə və ATM terminalının quraşdırılması, Azərpoçt MMC-in yerli bölməsinin yenidən açılması, sərfəli internet paketlərinin təklif edilməsi, kənd bağçasının yaradılması, şəxsi evinə qaz çəkilməsinə köməklik göstərilməsi və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 İyul 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri