Icma.az
close
up
RU
Neftçi ağır klubdur, burada işləmək üçün rəhbərlik tərəfindən sənə böyük dəstək lazımdır

Neftçi ağır klubdur, burada işləmək üçün rəhbərlik tərəfindən sənə böyük dəstək lazımdır

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Neftçi"nin sabiq baş məşqçisi Tərlan Əhmədov Sportal.az saytına açıqlama verib. O, "ağ-qaralar"dakı heyət dəyişikliyi ilə bağlı danışıb. Bununla yanaşı, 2025/2026 mövsümündə “Neftçi”dən gözləntilərindən bəhs edib:

"Neftçi"yə yeni futbolçular gəlib, amma onlar haqda elə də çox məlumatımız yoxdur. Ən yaxşı futbolçular Latın Amerikasından gəldikdən sonra Avropada oynayanlardır. “Qarabağ” həmişə Portuqaliya, İspaniya aşağı liqalarında oynayan braziliyalılara üstünlük verir. Çünki Avropa futbolunun məktəbi böyükdür. Amma Braziliyadan “Fluminense”, “Flamenqo”dan oyunçu gətirmək başqa məsələdir, o heç. Yoxsa, Venesuela, Boliviyadan oyunçu gəlirsə, onların burada uyğunlaşması bir balaca çətindir. Çünki onlar Avropa futbol mərhələsinin adlamayıb.  “Neftçi”də necə olacaq....”Neftçi”yə gələn məşqçilərə baxın, Adrian Mutu, Miodraq Bojoviç, Roman Qriqorçuk. Hələ Qriqorçukun Azərbaycan futbolunda böyük təcrübəsi var idi. “Neftçi” ağır klubdur, burada işləmək üçün rəhbərlik tərəfindən sənə böyük dəstək lazımdır. Mən özüm də bu komandada bir il baş məşqçi oldum. Komandanı sonuncu pillədən götürdüm, 3-cü pilləyə qədər yüksəltdim, amma sonda özünüz də gördünüz...Klubun strategiyası tamamilə fərqlidir, yanaşma da fərqlidir. Hamının gözü oradadır. Çünki xalqın komandası olub, əzəldən də belədir, “Neftçi”nin ad-sanı var, bu klubdan adlı-sanlı futbolçular dünyaya çıxıb. Anatoli Banişevskini desən, bəs edir. “Neftçi”nin heyətində Avropa, dünya və Olimpiya çempionları var. Ona görə də, bu istər-istəməz 2-ci və ya 3-cü yer qəbul olunmur. Son illərdə klub 2-ci pilləyə də yaxınlaşa bilmir. Komanda 2021/2022 mövsümündə çempion olub, ondan sonrakı illərdə fiaskoya uğrayır".

Əhmədovun fikrincə, “Neftçi” başa çatan mövsümdə də mükafatçılar sırasına düşə biləcək heyətə malik imiş:

"Neftçi"də yeni futbolçularla məşqçilərin münasibəti necə olacaq, bunun da önəmi çoxdur. Əslində, komandanın keçən ilki heyəti də pis deyildi. O komanda ilə nəticə də vermək olardı. Samir Abasov komandanı oktyabr ayında götürmüşdü və həmin müddətdən sonra komandada nəyisə dəyişmək olardı ki, “Neftçi” mövsümü 6-cı pillə deyil, mükafatçılar sırasında başa vursun. Amma üzücü o idi ki, “Neftçi” autsayderlərə uduzurdu. Bu mövsüm necə olacaq, futbolçularla məşqçilərin münasibəti necə olacaq, hansı taktika seçiləcək...Ən əsası, o taktikaya uyğun fubtolçular cəlb edilib, ya yox, bir çox məsələlər var. Ötən mövsüm Samir Abasov deyirdi ki, komandanı mən yığmamışam. Bu mövsüm isə sərəncamında özü istədiyi oyunçular var. “Qarabağ”, “Sabah”, “Zirə” kimi komandalar oynayır, "Araz-Naxçıvan” güclənib, “Turan Tovuz” da həmçinin. Tovuz klubu ötən mövsüm əldən verdikləri şansı bu mövsüm buraxmaq istəməyəcəklər. Artıq rəqabət daha da çoxalır. “Neftçi” o rəqabətə uyğunlaşa biləcək, həmin rəqiblərdən üstün olacaq, ya yox...Biz indidən deyə bilmərəm ki, 4 mövsüm geridə qaldı, bu mövsüm “Neftçi” çempion olacaq. Zaman göstərəcək".

Mirbağırağa

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://sportal.az
archiveBu xəbər 21 İyul 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri