Icma.az
close
up
RU
“Neftçi Arena”da Azərbaycan derbisi, Tovuzda autsayderlərin dueli...

“Neftçi Arena”da Azərbaycan derbisi, Tovuzda autsayderlərin dueli...

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Misli premyer-liqasında 23-cü tura start veriləcək. Üç gün ərzində keçiriləcək oyunları “CBC Sport yayınlayacaq. Turun yaddaqalan matçlarla əlamətdar olacağına əminik. Ona görə ki, həm Azərbaycan derbisinə, həm avrokuboklara iddialıların, həm də premyer-liqada qalmaq uğrunda mübarizə aparan komandaların bir-biriylə duellərinə şahidlik edəcəyik.
Misli premyer-liqası
3-cü dövrə, 23-cü tur
15 fevral
Sumqayıt – Zirə
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 19:+5=5-9, 10:22.
2015/16 – 0:0, 0:2; 2016/17 – 1:0, 1:1; 2017/18 – 2:1, 1:2; 2018/19 – 1:0, 0:1; 2019/20 – 1:2, 2:1; 2020/21 – 2:1, 0:0; 2021/22 – 0:3, 0:1; 2022/23 – 0:2, 0:3; 2023/24 – 0:0, 0:0; 2024/25 – 0:2.
Cəzalı: Ruan Renato (Zirə).
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: KAMAL UMUDLU, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
VAR hakimi: Tural Qurbanov.
VAR hakiminin köməkçisi: Namiq Hüseynov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 19.00.
“Sabah”la kubok oyununu da saysaq, ardıcıl 7 matçda qol vura bilməmək də xoşagəlməz göstəricidi, qələbə qazanmamaq da. Növbəti rəqiblərin “Zirə”, “Neftçi” və “Qarabağ” olduğunu nəzərə alsaq, “Sumqayıt”ın uğursuz seriyasının qırılması yönündə şansları azdı. Odu ki, çox gözləməyə dəyməz. “Kimyaçılar” elə bu gün layiqli oyun göstərməli, “qartallar”ı məğlub etməklə azarkeşlərini sevindirməlidi. Əlbəttə, “gənclik şəhəri”nin təmsilçisi bunu bacarmaq üçün xeyli güc sərf etməli olacaq. Axı rəqib 3-cü pillədə qərarlaşan “Zirə”di. Rəşad Sadıqovun komandası “Neftçi”yə uduzduğuna görə yaşadığı xal itkisini Sumqayıtda kompensasiya etməyə çalışacaq.
Oyunla bağlı prinsipial məsələlərdən biri də Vaqif Cavadovun “Şamaxı”ya məğlubiyyətdən sonra azarkeşləri tribunaya çağırmasıdı. Görəsən, sumqayıtlılar stadionda anşlaq yaradacaqmı?
Komandalar indiyə qədər 37 dəfə qarşılaşıb. Bunların 6-da “kimyaçılar”, 20-də “qartallar” qalib gəlib, 11-də “sülh” qeydə alınıb. Topların nisbətində “Zirə” öndədi – 50:23.
16 fevral
Turan Tovuz – Araz-Naxçıvan
“Turan Tovuz”un bu rəqiblə ev oyunlarının balansı: 3:+2=0-1, 6:3.
2023/24 – 3:1, 2:0; 2024/25 – 1:2.
Cəzalı: Veysəl Rzayev (Turan Tovuz).
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov.
VAR hakimi: Rauf Cabbarov.
VAR hakiminin köməkçisi: Rahil Ramazanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz, şəhər stadionu. Saat 16.00.
Son 11 matçda cəmi iki qələbə qazanan “Turan Tovuz”un ilk “dördlük”də qalmaq ehtimalı oyundan-oyuna azalır. Sirr deyil ki, vəziyyətdən çıxış yolu hakimlikdən narazı qalmaq deyil. Axı belədə nəticə dəyişmir. “Bozqurd”, sadəcə, daha döyüşkən olmağın yollarını tapmalı və və hədəflərinə daha möhkəm sarılmalıdı. Əks halda, “Sabah” bölgə təmsilçisi üçün ciddi təhlükə yaradacaq. “Bayquşlar”ın bu tur autsyader “Səbail”lə qarşılaşacağını nəzərə alsaq, tovuzlular qələbə hədəfinə daha məsuliyyətlə yanaşmalıdı. Maraqlıdı ki, bu məqam elə “Araz-Naxçıvan”a da aiddi. Düzdü, Muxtar Respublika təmsilçisininin ciddi xal ehtiyatı var. Lakin mövsümü 2-ci pillədə başa vurmaq daha ideal fürsətlər vəd edir. Bu üzdən hər iki komandanın bütün risklərə gedəcəyini proqnozlaşdırmaq olar.
Komandalar indiyə qədər 6 dəfə üzə-üzə gəlib. Bunların 4-də “bozqurd”, 2-də “qırmızı-qaralar” qələbə qazanıb. Topların nisbətində “Turan Tovuz” öndədi – 10:4.
Neftçi – Qarabağ
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 48:+12=16-30, 44:65.
1992/93 – 1:1; 1993/94 – 1:1; 1994/95 – 3:2; 1995/96 – 2:2, 2:2; 1996/97 – 0:0; 1997/98 – 1:1; 1998/99 – 0:0, 0:0; 1999/20 – 2:0; 2000/01 - +:-*; 2001/02 – 1:0; 2003/04 – 2:0; 2004/05 – 1:0; 2005/06 – 2:0; 2006/07 – 0:0; 2007/08 – 0:0; 2008/09 – 0:1; 2009/10 – 0:0, 0:0; 2010/11 – 1:1, 2:0; 2011/12 – 3:2, 2:1; 2012/13 – 0:1, 1:2; 2013/14 – 0:0, 1:4; 2014/15 – 1:3, 0:1; 2015/16 – 1:0, 1:2; 2016/17 – 0:2, 1:2; 2017/18 – 1:3, 0:0; 2018/19 – 3:1, 2:3; 2019/20 – 0:0; 2020/21 – 0:6, 1:0; 2021/22 – 1:2, 1:2; 2022/23 – 0:4, 2:4; 2023/24 – 0:2, 1:4; 2024/25 – 0:3.
* - texniki nəticə top fərqində nəzərə alınmayıb.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Cəmil Quliyev, Zöhrab Abbasov, Fərid Hacıyev.
VAR hakimi: Nicat İsmayıllı.
VAR hakiminin köməkçisi: Elşad Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı, “Neftçi Arena”. Saat 19.00.
Sabah mövsümün üçüncü Azərbaycan derbisini izləyəcəyik. Bu dəfə gözləntilərin bir qədər fərqli məcrada olduğu bəllidi. Ona görə ki, “Neftçi” “Kəpəz”lə kubok matçı da daxil olmaqla son üç matçda qalib gəlib. Samir Abasovun komandada müsbət dəyişikliklərə nail olduğunu düşünənlərin sayı az deyil. Düzdü, bu məqam “Qarabağ”ın derbinin favoriti olmasına kölgə salmır. Lakin “köhlən atlar”ın son həftələrdə yaşadığı uğursuzluqlar paytaxt təmsilçisinin “doğma divarlar” arasında qalib gəlmək şansını artıra bilər. Təbii ki, fürsətlərdən istifadə edilsə. Axı ağdamlılar ümumi durumdan asılı olmayaraq belə matçlarda həmişə prinsipial oyun sərgiləyib. Hər halda, “Neftçi”nin azarkeşlərini yaxşı mənada təəccübləndirmək imkanı var. Qurban Qurbanov demişkən, indiyə qədər keçirilən qarşılaşmaların nəticəsinə baxmamaq, qarşıdakı oyuna köklənmək lazımdı.
Bu komandalar indiyə qədər 97 dəfə qarşılaşıb. Bunların 23-də “ağ-qaralar”, 43-də “köhlən atlar” qalib gəlib, 31-də hərəyə bir xal düşüb. Topların nisbətində “Qarabağ” öndədi – 136:84.
17 fevral
Kəpəz – Şamaxı
“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 12:+4=4-4, 9:11.
2010/11 – 1:0; 2011/12 – 0:1; 2012/13 – 0:2; 2015/16 – 0:0, 1:1; 2016/17 – 0:0, 1:0; 2017/18 – 0:1, 1:1; 2022/23 – 2:1, 3:2; 2024/25 – 0:2.
Cəzalılar: Dioqo Verdaşka (Kəpəz), Belajdi Pusi (Şamaxı).
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: ELÇİN MƏSİYEV, Pərvin Talıbov, Asiman Əzizli, Elvin Bayramov.
VAR hakimi: Cavid Cəlilov.
VAR hakiminin köməkçisi: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Tovuz, şəhər stadionu. Saat 16.00.
Autsayderlərin duelində də gərginlik son həddə çatacaq. Bilindiyi kimi, “Kəpəz” qalib gəlsə, turnir cədvəlində bir pillə irəliləyəcək. “Şamaxı” buna imkan verməməklə xal ehtiyatını artırmağa çalışacaq. Ümumiyyətlə, burda qalib gələn sonuncu pillədən uzaqlaşmaqla rahatlıq əldə edəcək. Belə fürsəti kim boşa vermək istəyər ki?! Nə “Sabah” və “Arz-Naxçıvan”a “dişini göstərən” gəncəlilər təslim olmaq istəyəcək, nə də ötən həftə “Sumqayıt”ı məğlub edərək 3 oyunluq qələbə həsrətini başa çatdıran şamaxılılar. Qısası, Azər Bağırovla Ayxan Abbasovun duelini diqqətdən kənarda qoymamaqda fayda var.
Komandalar indiyə qədər 36 dəfə qarşılaşıb. Bunların 9-da “Kəpəz”, 18-də “Şamaxı” qələbə qazanıb, 9-da qalib müəyyənləşməyib. Topların nisbətində “şirlər” öndədi – 59:36.
Səbail – Sabah
“Səbail”in bu rəqiblə ev oyunlarının balansı: 12:+5=2-5, 14:18.
2018/19 – 0:0, 1:0; 2019/20 – 1:3; 2020/21 – 2:1, 2:0; 2021/22 – 0:3, 0:2; 2022/23 – 0:2, 2:1; 2023/24 – 2:2, 2:0; 2024/25 – 2:4.
Cəzalı: Sofian Çakla (Sabah).
“Futbol+”in proqnozu: 20-30-50.
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Eyyub İbrahimov, Teymur Teymurov, Kamran Əliyev.
VAR hakimi: Rauf Allahverdiyev.
VAR hakiminin köməkçisi: Şirməmməd Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Bakı, “ASCO Arena”. Saat 19.00.
Mövsümün ikinci yarısına uğurlu başlayan “Səbail” üç oyunluq məğlubiyyətsizlik seriyasına nail olmuşdu ki, “Qarabağ”la matçda faciəylə üzləşdi. Ağır yük Cavid Hüseynovun çiyinləri üzərindədi. Gənc mütəxəssis komandasını “Sabah”la matçda azı bir xal üçün döyüşməyə hazır vəziyyətə gətirməlidi. Onun bunu nə dərəcədə bacaracağını bilmirik. O bəllidi ki, “bayquşlar” gözünü ilk “dördlüy”ə dikib, bu üzdən “dənizçilər”in meydanından qələbəylə ayrılmaqdan başqa hədəfi yoxdu.
Komandalar indiyə qədər 25 dəfə üz-üzə gəlib. Bunların 7-də Bayıl, 13-də Masazır təmsilçisi qələbə qazanıb, 5-də “sülh” qeydə alınıb. Topların nisbətində “bayquşlar” öndədi - 38:21.
Bu komandaların duelləriylə bağlı maraqlı məqamlar
// “Zirə” 17 oyundu uduzmur. “Sumqayıt” son 8 ev matçında qol vurmayıb.
// “Turan Tovuz” bütün ev qarşılaşmalarında qol vurub. “Araz-Naxçıvan” son iki 2 görüşdə qələbə qazanıb.
// “Qarabağ” ardıcıl 7 qələbə qazanıb ki, bunlardan sonuncu 4 matç böyük hesabla nəticələnib. “Neftçi” 14 görüşdü qalib gəlmir və 3 matçdı qol vura bilmir.
// “Şamaxı” son 5 səfər matçında qol vurub. Son üç qarşılaşmada qonaqlar uduzmayıb.
// Son 3 oyunda “Sabah” qalib gəlib. “Səbail” son 4 ev matçının hərəsində 2 qol vurub.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:274
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Fevral 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri