Icma.az
close
up
RU
“Neftçi” ilə başlayan inqilabi formasiya (?)

“Neftçi” ilə başlayan inqilabi formasiya (?)

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Dünən “Neftçi” PFK ilə “International Holding Company”yə (IHC) məxsus “Palms Sports” arasında imzalanan sponsorluq müqaviləsi kifayət qədər ciddi hadisə idi.

5 illik müqavilənin illik maliyyə dəyərinin 5 milyon dollardan çox olduğunu nəzərə alsaq, bu, bir ilkdir. Hələ heç bir xarici şirkət ölkə futboluna bunun yarısı qədər yatırım etməmişdi.

Bəs bu irimiqyaslı əməkdaşlıq necə, nədən yarandı?

Əvvəlcə “Palms Sport”u tanıyaq. İnternet mənbələrində qeyd olunur ki, 2011-ci ildə Birləşmiş Ərəb Əmirliklərində yaradılan şirkətdir. Holdinq idman geyimləri və avadanlıqlarının paylanması, virtual reallıq oyunları və özəl məktəblər şəbəkəsi kimi müxtəlif sahələrdə fəaliyyət göstərən 10 əlavə şirkəti idarə edir

Şimali Afrika və Yaxın Şərq regionunun aparıcı idman idarəetmə şirkətidir. “Neftçi”dən başqa Misirin “Əl Əhli” klubu ilə əməkdaşlıq edir.

Niyə məhz indi?

Təxminən iki il əvvəl Azərbaycan futboluna xarici (xüsusən ərəb investisiyası) maliyyənin cəlbi mövzusunda araşdırma yazmış və UEFA üzvü olan ölkənin futbol industriyasının bu üsulla hərəkətə gətirməyinin mümkün yollarından yazmışdım.

Regionda Türkiyə və Rusiya “bazarına” nüfuz etmək ağır olardı, Gürcüstan və Ermənistan isə səmərəli versiya olmazdı. Balkan bazarı da Azərbaycana nisbətən, ya maliyyə tərəfdən sərfəli deyil, ya da nəticələr baxımından. Bir sözlə, Avropa futbolu vasitəsilə parlamaq istəyən “ərəb investisiyası” üçün ən əlverişli versiya məhz Azərbaycandır. Xüsusən, Azərbaycanın bu ölkələrlə yaxşı iqtisadi və mədəni əlaqələrinin olması, həmçinin din amili və s. detallar tutarlı təkanverici arqumentlərdir…

Və nəhayət, bu istiqamətdə ilk addım atıldı. Özü də kifayət qədər tutarlı, samballı…

Düşünürəm ki, bu məsələnin indiyə təsadüf etməsi təsadüfi deyil.

Ölkə futbolunun yeni inkişaf strategiyası ilə tanış olanlar bilir ki, layihədə nəzərdə tutulan işlərin həyata keçirilməsi fantastik maliyyə tələb edəcək. Hər halda, AFFA İcraiyyə Komitəsinin təsdiqlədiyi layihə barədə dövlətin xəbəri və xeyir-duası var…

Hamını düşündürən isə yüzmilyonlarla maliyyənin gücünə icra edilməli layihənin necə həyata keçirilməsidir.

2005/15-ci illəri nəzərdə tutan ilk irimiqyaslı inkişaf layihəsi yerli maliyyənin hesabına oldu. Həmin era dayanıqlı, fundamental işlər görülmədiyinə görə yerli-dibli silindi, məhv edildi. “Xəzər Lənkəran”, “Bakı”, “Inter”…

Hazırkı proses isə əvvəlkilərdən qat-qat böyük miqyasda olduğu üçün böyük maliyyə tələb edir. Və deyəsən, yeni isteblişment “ərəb investisiyası” kimi cəzbedici, sərfəli versiyaları gözdən keçirməkdədir.

Doğrudan belədirsə, “Neftçi” başlanğıcdırsa, kifayət qədər sanballı görünən yanaşmadır və bunun əvvəlki cəhdlərə nisbətən daha dayanıqlı olma ehtimalı böyükdür.

Hər halda, ölkəyə milyonlar yatırım edən əcnəbi şirkət bunu dövlətin razılığı olmadan edə bilməzdi. “Qarabağ”, “Sabah”, “Zirə”, “Turan Tovuz” və s. Sıra genişlənə, nəinki “ərəb investisiyası”, Avropa, Asiya və s. təşəbbüskar sərmayələri də cəlb etmək mümkündür. Bunun səmərəli iqtisadi əsasları var, sadəcə, işləmək və işləmək gərək…

Elçin Cəlilov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 08 Fevral 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri