Neftçi nin məşqçisi: Azərbaycan çempionatının ən güclü komandalarından biri ilə qarşılaşdıq
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan çempionatının ən güclü komandalarından biri ilə qarşılaşdıq.
"Report" xəbər verir ki, bunu "Neftçi" basketbol klubunun məşqçisi Daviti Çivçivadze "Sabah"a qarşı Azərbaycan Kubokunun 1/4 final matçından sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis qələbəyə görə sevincli olduqlarını bildirib:
"Bu gün Azərbaycan çempionatının ən güclü komandalarından biri ilə qarşılaşdıq. Şükürlər olsun ki, bu matçda qalib gəldik. Biz 35 dəqiqə ərzində oyuna tam nəzarət edirdik. Son dəqiqələrdə rəqib yaxşı atışlar edərək xal fərqini azaltdı. Müdafiəmizdə bəzi problemlər var idi. Təbii ki, bunların üzərində işləyəcəyik. Komandamı qələbə münasibətilə təbrik edirəm. Növbəti mərhələdə rəqibimiz NTD komandası olacaq. Biz həmin görüşə də yaxşı hazırlaşacaq və çalışacağıq ki, qələbə qazanaq."
Qeyd edək ki, "Neftçi" - "Sabah" qarşılaşması birincilərin 85:81 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 12 Mart 2025 23:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















