Icma.az
close
up
RU
Neftçi Şamaxı ilə görüşə itkilərlə çıxacaq

Neftçi Şamaxı ilə görüşə itkilərlə çıxacaq

“Neftçi” Misli Premyer Liqasının 13-cü turunun “Şamaxı” ilə matçının hazırlığını başa vurub.

Apasport.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.

Komanda “Şamaxı” ilə matça ciddi itkilərlə çıxacaq. Mustafa Sek, Azər Salahlı, Alfa Konte, Andre Şinyaşiki və Filip Ozobiç zədə səbəbindən, Emil Səfərov isə cəzalı olduğu üçün sabah meydana çıxa bilməyəcəklər. Rəhman Hacıyevin oynaması isə sual altındadır.

Qeyd edək ki, noyabrın 8-də “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Şamaxı” matçı saat 15:00-da başlanacaq.

Tahir Gözel: “Komandamla fəxr edirəm” Azərbaycan UEFA reytinqində irəliləyib “Qarabağ” Vətənə zəfərlə qayıdır TRT “Qarabağ” haqda sənədli film çəkib - VİDEO Birinci Liqa: "Karvan" "Cəbrayıl"la bacarmadı
seeBaxış sayı:70
embedMənbə:https://apasport.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri