“Neftçi” Türkiyə klubu ilə bir qrupda
Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Azərbaycanı avrokuboklarda təmsil edəcək “Abşeron Lions” və “Neftçi” basketbol klublarının Avropa Kubokundakı rəqibləri məlum olub.
Futbolpress.az xəbər verir ki, püşkatma mərasimi bu gün Almaniyanın paytaxtı Münhendə keçirilib.
Püşkün nəticəsinə əsasən, Abşeron təmsilçisi ilk təsnifat mərhələsində Kiprin “Anortosis” klubu ilə qarşlaşacaq. Bu cütün qalibi H qrupunda “Casademont” (Saraqosa, İspaniya), “Falko” (Macarıstan) və “Bakken Bears” (Danimarka) klubları ilə mübarizəni davam etdirəcək.
“Neftçi” isə I qrupunda “Kalev/Kramo” (Estoniya), “Bursaspor” (Türkiyə) və “Trefl” (Polşa) klubları ilə mübarizə aparacaq.
Avropa Kubokunda təsnifat mərhələsinin oyunları 24 sentyabr və 1 oktyabrda keçiriləcək. Müntəzəm mövsümün matçlarının tarixi isə daha sonra elan ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 23 İyul 2025 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















