Neftçi yarımmüdafiəçi ilə danışıqlar aparır, klubu 500 min avro istəyir
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Neftçi" Rumıniyanın "Universitatya" (Krayova) klubunun futbolçusu Takuto Oşimanı heyətinə qatmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə yerli "Fanatik.ro" nəşri məlumat yayıb.
27 yaşlı dayaq yarımmmüdafiəçisi komandasından ayrılmağı planlaşdırır. "Ağ-qaralar" bu səbəbdən onun vəziyyəti ilə maraqlanıb və tərəflər arasında danışıqlar gedir.
Avropadan başqa klubun da yapon oyunçunu transfer etmək istədiyi yazılıb. "Universitatya" isə performans bonusları da daxil olmaqla onun satışından 500 min avro qazanmaq istəyir.
Qeyd edək ki, Takuto Oşima 2024-cü ildən Rumıniya təmsilçisinin formasını geyinir.

Neftçi nin istədiyi yarımmüdafiəçi üçün 500 min avro
17 İyun 2025 13:52
Neftçi Samuel Mrazla danışıqlar aparır
12 Yanvar 2025 17:20
Neftçi yaponiyalı futbolçu üçün 500 min avro verəcəkmi?
17 İyun 2025 17:36
Neftçi məşhur hücumçuya 500 min avro maaş təklif edib
25 Sentyabr 2025 19:02
Neftçi nigeriyalı yarımmüdafiəçi ilə maraqlanır
13 Sentyabr 2025 17:51

