“Neftçi”nin futbolçusunun ayağına yeddi tikiş qoyulub
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Neftçi”nin futbolçusu Freddi Varqasın ayağına yeddi tikiş qoyulub.
İdman.Biz “Report”a istinadən xəbər verir ki, “ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı açıqlama verib.
Klub rəsmisi Misli Premyer Liqasının 18-ci turunda, “Araz-Naxçıvan”la oyunda zədələnən venesuelalı yarımmüdafiəçinin durumuna aydınlıq gətirib:
“Zərbə nəticəsində Freddi Varqasın ayağında dəri qatı cırıdlığına görə yeddi tikiş qoyulub. Bu həftə fərdi məşqlərə başlayacaq. Növbəti həftədən isə komanda ilə birgə məşqlərdə iştirak edəcək. Varqas sarı vərəqə limitini doldurduğu üçün növbəti turun oyununu buraxacaq”.
Qeyd edək ki, “Neftçi” “Araz-Naxçıvan”ı dörd cavabsız qolla məğlub edib. Bakı klub 19-cu turda “Qəbələ”ni qəbul edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 05 Fevral 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















