“Neftçi”nin qapıçısı: Azarkeşlər və yaşıl meydan üçün darıxmışdım FOTO İdman və Biz
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“Uzun müddətdən sonra yaşıl meydanlara qayıtmaq çox xoş hissdir. Bunu qələbə ilə taclandırmaq isə tamam başqa duyğudur”.
İdman.biz xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında “Neftçi”nin qapıçısı Emil Balayev uzunmüddətli zədədən sonra Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Difai” ilə keçirilmiş oyunda (6:0) start heyətində meydana çıxması barədə danışarkən deyib.
İlyarımdan sonra yaşıl meydanlara qayıdan qolkiper futbol və azarkeşlər üçün darıxdığını bildirib: “Neftçi” azarkeşləri hər zaman komandanın yanında olublar. Meydanda olmasam belə, mənə stimul verirdilər. Oyuna gəlincə, yaxşı mübarizə apardıq və qələbə qazandıq. Onsuz da bu klubun hədəfləri həmişə yüksək yerlər olur. Biz də zirvəyə çatmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Emil Balayev 2023-cü ilin yayında Rusiyada təşkil olunmuş “Match TV” turnirində Serbiyanın “Srvena Zvezda” komandası ilə qarşılaşmada zədələnmişdi.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 07 Dekabr 2024 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















