“Neftçi”yə qol vurdu, 101 ci oldu
futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
Coy Lens Mikels Azərbaycan çempionatlarında 30-cu qolunu vurub.
Futbolpress.az xəbər verir ki, “Sabah”ın hücumçusunun yubileyi Azərbaycan Premyer Liqasının III turuna təsadüf edib. 30 yaşlı almaniyalı forvard “Neftçi” ilə səfər görüşündə (2:0) fərqlənib.
“Sabah”ın Premyer Liqada ən yaxşı bombardiri olan Coy-Lens bütün qollarını Bakı klubunun heyətində vurub. O, “30”a 64-cü oyununda çatıb.
Mikels Azərbaycan çempionatları tarixində 30 və daha çox qola imza atan 101-ci futbolçudur. O, eyni sayda fərqlənən Kamal Quliyev, Ceyhun Sultanov və Valter Quqlemonla 98-101-ci yerləri bölüşür.
Qeyd edək ki, almaniyalı hücumçunun Premyer Liqadakı ilk qolu 2021/22 mövsümünə təsadüf edib. O, 2021-ci il oktyabrın 31-də “Qəbələ” ilə səfər matçında (3:1) fərqlənib.
Baxış sayı:107
Bu xəbər 18 Avqust 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















