Icma.az
close
up
RU
Neftimiz BAHALAŞIR: İqtisadiyyatı NƏ GÖZLƏYİR?

Neftimiz BAHALAŞIR: İqtisadiyyatı NƏ GÖZLƏYİR?

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Son günlər Azərbaycan neftinin qiymətində artım müşahidə olunur. Belə ki, bu günə olan məlumata görə, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,15 ABŞ dolları və ya 0,97 % artaraq 119,68 ABŞ dolları təşkil edib.

Bəs neftin bahalaşması hansı səviyyəyə və müddətə qədər davam edə bilər? Bu vəziyyətdə manatın məzənnəsinin sabitliyini qorumaq üçün Mərkəzi Bank hansı addımları atmalıdır?

İqtisadçı Eldəniz Əmirov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan neftinin dövlət büdcəsində nəzərdə tutulan 65 dollarlıq qiymətdən 54,168 dollar (119,68) baha satılması büdcə daxilolmalarına, həm də ölkənin valyuta ehtiyatlarının artmasına birbaşa təsir göstərir:

"Qiymət artımının mümkün səbəblərinə gəlincə, bu artım geosiyasi amillərlə bağlıdır. Yaxın Şərqdə geosiyasi gərginlik, Hörmüz boğazında daşınma riskləri, neft tədarükünün azalması ehtimalı var. Düşünürəm ki, bu bahalaşma uzun müddət yüksək səviyyədə qalacaq. Hətta noyabrın əvvəllərində Yaxın Şərqdə daha bir ciddi qarşıdurma ehtimalı yüksəkdir. Bu baş versə, neft qiymətləri rekord həddə çata bilər. Bu səbəbdən 2027-ci ildə də qiymətlərin yüksək qalacağını gözləyirəm".

İqtisadçı Eldəniz Əmirov

Neftin bahalaşmasının Azərbaycan iqtisadiyyatına təsirlərini şərh edən Eldəniz Əmirova görə, neftin hər barelindən yüksək qiymət qazandıqca ölkəyə valyuta daxilolmaları artır:

"Hər 10 dollarlıq artım dövlət büdcəsinə təxminən 400 milyon manat əlavə vəsait deməkdir. Eyni zamanda Dövlət Neft Fondunun gəlirləri və ümumilikdə valyuta ehtiyatları milyardlarla dollar artır. Bu da xarici ticarətdən daxilolmaları çoxaldır və tədiyə balansında müsbət dinamika yaradır. Büdcənin imkanları genişlənəndə manata təzyiq azalır. Dollar təklifinin artması manatın möhkəmlənməsi istiqamətində təzyiq yaradır. Bu gün müşahidə olunan dinamika odur ki, ölkəyə daha çox dollar daxil olur və banklar, valyutadəyişmə məntəqələri dolları satmaqdan çox alır. Belə bir vəziyyətdə manatın məzənnə sabitliyi üçün hər hansı risk görmürəm", - deyə müsahibimiz qeyd edib.

Ekspert xatırladıb ki, ölkə başçısı da çıxışında manatın sabitliyinin qorunmasını əsas prioritet kimi vurğulayıb. Bu, onu göstərir ki, burada təkcə iqtisadi əsas yox, həm də siyasi mövqe var. Buna görə də manatın məzənnəsində dəyişiklik olacağı gözlənilmir.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Oktyabr 2026 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see328

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see328

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see325

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see265

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see259

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see257

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see255

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see251

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see250

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see237

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see215

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see209

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri