Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

“Həkim məsləhəti” rubrikamızda

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

Netanyahu ABŞ yə səfər edəcək

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Neftin qiyməti 50 dollaradək enə bilərmi?

Neftin qiyməti 50 dollaradək enə bilərmi?

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pərviz Heydərov yazır...

ABŞ ilə Çin arasında bu ilin aprelin əvvəlindən başlayan ticarət müharibəsinə zəmin yaratmış bir-birinə qarşı tətbiq etdikləri 145% və 125%-lik gömrük rüsumlarının 90 gün ərzində müvafiq olaraq 30% və 10%-ə endirilməsi barəsindəki razılıq qlobal iqtisadiyyat və bazarlarda bir növ relsindən çıxmış prosesləri sanki geri qaytarır.

Belə ki, həftə başlayan kimi, məsələn, qızıl 3% ucuzlaşdı, ABŞ dolları üzrə indeks 1% artdı, 10 illik istiqrazlar üzrə gəlirlilik 2.6%-dən çox qalxdı, neftin qiymətində isə cüzi də olsa, yüksəliş qeydə alındı.

Bəli, hələ fevralda yazdığım şərhlərimdə qeyd etmişdim ki, ABŞ ilə Çin arasında ciddi şəkildə ticarət müharibəsi mümkün deyil və bu, hər iki tərəf üçün effektli sayılmadığından, hər hansı ölkələr üçün müəyyən fürsətlər əmələ gətirsə də, bütün qlobal iqtisadiyyatı çökdürə bilər. Belə ki, adları çəkilən ölkələr bir-birindən asılı hesab olunurlar. Və odur ki, Donald Trampın birinci prezidentliyi dövründə də bu iki nəhəng arasında ticarət müharibəsi baş tutmadı.

Bütün bu qeyd olunanlara əsasən gəlinən qənaət bundan ibarət idi ki, ABŞ-də yeni administrasiya tərəfindən rüsumların birtərəfli qaydada artırılması və yaxud da vergi tətbiqi siyasəti nəticəsində, əslində, heç bir ciddi qlobal iqtisadi müharibə yarana bilməzdi və bilməyəcək də...

Yeri gəlmişkən, D.Tramp sırf iqtisadi sfera və biznes qanunlarına bələd olduğundan siyasi münasibətlərə öncə maddi maraqlar prizmasından baxır. Odur ki, ABŞ-nin iqtisadi mənafeyi onun üçün ilkin şərtdir. Bu isə o deməkdir ki, hansısa siyasi ambisiyalar naminə iqtisadi maraqları qurban vermək D.Tramp üçün yaddır.

Lakin bütün bunlara rəğmən, ABŞ-nin yeni liderinin siyasəti nəticəsində yalnız iki cəhət özünü büruzə verməli idi ki, bu da birincisi, dolların bahalaşacağı, ikincisi isə neftin ucuzlaşacağından ibarət idi. Birinci özünü hələ D.Tramp seçkidə qalib gələn kimi göstərməyə başlamışdı. İkincisinə, yəni neftə gəldikdə isə D.Tramp strateji məhsullar üzrə bazarlarda sabitliyin tərəfdarı və hər cür birtərəfli şəkildə qiymət diktəsi ritorikasının əleyhdarı kimi tanındığına görə, təbii ki, aşağı qiymət onun mövqeyini daha yaxşı ifadə edə bilər.

Belə ki, Trampa görə, neftin bir bareli üçün hətta 60 dollar qiymət səviyyəsi də yüksəkdir. O, hələ birinci prezidentliyi dövründə Səudiyyə Ərəbistanı başda olmaqla OPEC+ təşkilatını qiymətləri süni şəkildə 60 ABŞ dollarından yuxarıda saxlamaqda təqsirləndirirdi. Həmin vaxt, D.Trampa görə, neftin bazar qiymətləri 50 dollar/1 barel civarında olmalı idi.

Məsələ bundadır ki, ölkəmiz üçün ticarət münaqişəsi nəticəsində yarana biləcək inflyasiya və yaxud da ABŞ dollarının bahalaşacağı kimi faktorlardan çox, məhz bu amil, yəni neftin qiymətinin 50 dollara qədər düşməsi ehtimalı ciddi təhlükə xarakteri daşıyır. Bu barədə sonda qeyd edəcəyəm.

Bəs ABŞ ilə Çin arasında əldə olunan məlum razılaşma fonunda neftin qiymətində cüzi də olsa, yuxarıda qeyd etdiyim yüksəlişin olması ardıcıl xarakter daşıya bilərmi? Yəni dünya bazarlarında qlobal ticarət davasının yumşalması, tezliklə isə tamamilə sovuşacağı ehtimalı qarşısında neftin qiyməti yenə yüksəlməkdə davam edəcəkmi?

Xeyr. Niyə? - Çünki qlobal iqtisadiyyatda cərəyan edən proseslər öz məcrasına qayıtsa da, neft 100 ABŞ dollarınadək bahalaşan deyil. Bunun isə bir neçə səbəbi var.

Birincisi, OPEC+ ölkələri arasında 2016-cı ildən bəri formalaşmış mövqedə dəyişiklik yaranıb və o getdikcə dərinləşir. Qeyd olunan amil özünü qurumun ucuzlaşmada əvvəlki illərdə olduğundan fərqli maraq nümayiş etdirməsi ilə göstərir.

Belə ki, məsələn, Səudiyyə Ərəbistanı uzun fasilədən sonra sanki yenə ABŞ-nin tapşırıqlarına "qulaq asmağa" başlayıb ki, hasilatın artırılmasına dair qərarların başında məhz bu ölkə durur. İkincisi isə bəzi hasilatçı ölkələr bazarda pay əldə etmək, bəziləri paylarını saxlamaq, bəziləri isə artırmaq üçün kəskin mübarizəyə və rəqabətə girişiblər ki, bu da vəziyyətə ciddi təsir edir.

Üçüncüsü isə əlavə olaraq ənənəvi enerji mənbələrindən istifadənin məhdudlaşdırılmasına dair dünyada getdikcə daha geniş və yüksələn xətt üzrə inkişaf etdirilən tendensiya da tələbatı təklif qarşısında aciz qoyur.

Odur ki, ucuzlaşmanın davam edəcəyi qaçılmaz görünür. Lakin bəzi nüanslar da var. Bu da bir sıra ölkələrin bəzi ambisiyalı investisiya və layihələri ilə bağlıdır. Məsələn, Səudiyyə Ərəbistanı D.Trampın budəfəki prezidentliyi dövründə ABŞ-yə 100 milyardlarla dollar sərmayə qoymaq vədi verib. Dəqiq desəm, 600 milyard dollar...

Adıçəkilən ölkəninsə "Aramco" dövlət neft şirkətinin gəlirləri son bir ildə 5% həddədək düşüb. Səbəb, məsələn, "Brent" markalı neftin bir barelinin keçənilki 80 dollardan 60 dollaradək düşməsi hesab olunur.

"Aramco" qlobal neft bazarlarında liderlərdən biridir. Onun bazar dəyəri 1.6 trilyon dollardan (1.4 trilyon avro) çoxdur ki, bu da "Aramco"nu "Microsoft", "Apple", NVIDIA, "Amazon" və "Alphabet"dən ("Google"un sahibi) sonra altıncı ən böyük şirkət edir.

Digər tərəfdənsə, Səudiyyə Ərəbistanının faktiki hökmdarı, vəliəhd şahzadə Məhəmməd bin Salman səhrada nəhəng futuristik şəhər olan NEOM-un tikintisi üçün 500 milyard dollarlıq (450.1 milyard avro) sərmayə yatırmalıdır. Futbol üzrə dünya çempionatı 2034-cü ildə bu ölkədə keçiriləcəyindən həmin vaxtadək dəyəri 10 milyardlarla dollar olan mənzillər, stadionlar və infrastruktur layihələri gerçəkləşdirilməlidir.

Sual yaranır, neft 50 dollaradək enərsə, bu, Ər-Riyada sərf edəcəkmi? Məsələ bundadır ki, bu rəqəm ABŞ-də neft hasilatının özü üçün də sərfəli hesab edilmir.

Yeri gəlmişkən, yuxarıda qeyd etdim ki, ölkəmiz üçün ticarət davası zəminində yarana biləcək inflyasiya və yaxud da ABŞ dollarının bahalaşacağı kimi faktorlardan daha çox, əzəldən də məhz neftin 50 dollara qədər enə biləcəyi təhdid və təhlükə xarakteri daşıyır.

Odur ki, düzdür, dünya iqtisadiyyatında proseslər sanki məcrasına qayıdır kimi görünsə də, biz büdcədə neftin 1 barel üçün qiymətini 60 dollara salmalı, bu il üçün ölkəmizə qarşı ortada xarici iqtisadi şok effekti yarada biləcək heç bir qorxu amili mövcud olmasa da, qiymətin lap 50 dollaradək enəcəyi gedişatına da hazır olmalıyıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 May 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see397

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see239

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see214

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see205

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see203

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see203

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see197

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see190

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see189

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see189

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

14 Sentyabr 2026 22:36see184

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see181

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

15 Sentyabr 2026 01:04see179

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see176

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

15 Sentyabr 2026 02:36see174

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see173

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

15 Sentyabr 2026 03:43see173

Netanyahu ABŞ yə səfər edəcək

14 Sentyabr 2026 22:19see171

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see162

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri