Icma.az
close
up
RU
Neftin qiyməti ilə bağlı MÜHÜM XƏBƏR: Manat və dolların məzənnəsi...

Neftin qiyməti ilə bağlı MÜHÜM XƏBƏR: Manat və dolların məzənnəsi...

Icma.az, News24 portalına istinadən məlumat verir.

"Neftin qiymətində baş verən azalma təkcə Azərbaycan iqtisadiyyatı üçün deyil, eyni zamanda qlobal bazar üçün də mühüm əhəmiyyət kəsb edir. Hazırda neftin bir barelinin qiyməti 70 ABŞ dolları səviyyəsindədir. Azərbaycan Respublikasının dövlət büdcəsində isə neftin baza qiyməti 70 dollar üzərində nəzərdə tutulub".  ". 

Bu fikirləri News24.az-a açıqlamasında iqtisadçı alim Altay İsmayılov deyib.

Onun sözlərinə görə, neftin qiymətinin mövcud tendensiya ilə enişini davam etdirməsi dövlət büdcəsi gəlirlərinə birbaşa təsir göstərəcəkdir:

"Büdcə daxilolmalarının azalması öz növbəsində bir sıra iqtisadi göstəricilərdə və büdcə xərclərində kəsrlərin yaranmasına səbəb ola bilər. Bu proses xüsusilə iqtisadi artım sürətində zəifləmə ilə müşayiət oluna bilər. İqtisadi artım tempinin aşağı düşməsi isə ümumi iqtisadi dinamikanın zəifləməsi və iqtisadi aktivliyin azalması ilə nəticələnə bilər".

Alim dövlət gəlirlərinin azalması eyni zamanda iqtisadiyyatda məcmu tələbin genişlənməsi ilə paralel baş verə bilər ki, bu da makroiqtisadi göstəricilər üzərində əlavə təzyiqlərə səbəb ola biləcəyini qeyd edib. Bu şəraitdə ölkəyə daxil olan valyuta vəsaitlərinin azalması xarici ticarət balansına və milli valyutanın sabitliyinə mənfi təsir göstərir- deyə o xüsusilə vurğulayıb:

"Valyuta axınlarının azalması nəticəsində manatın məzənnəsinə təzyiqlər arta bilər. Əgər bu tendensiya davamlı xarakter alsa, milli valyutanın zəifləməsi ehtimalı aktuallaşa bilər. Bununla belə, mövcud mərhələdə kritik və ya təhlükəli makroiqtisadi vəziyyət müşahidə olunmur".

İqtisadçı bildirib ki, neft qiymətlərində müşahidə olunan dəyişkənlik və qısamüddətli enişlər inflyasiya göstəricilərinə bilavasitə təsir etmir:

"Belə ki, inflyasiya səviyyəsində dəyişiklik yalnız uzunmüddətli dövrdə, yəni bazara əlavə pul vəsaitlərinin daxil olması halında mümkün ola bilər. Lakin hal-hazırda neftin qiymətinin volatilliyi fonunda inflyasiya riskləri məhdud olaraq qiymətləndirilir".

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 İyul 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri