Neftin qiyməti səhər saatlarında ucuzlaşır
Oxumeni.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cümə günü səhər saatlarında neftin qiyməti ardıcıl beş sessiya davam edən artımdan sonra korreksiya çərçivəsində aşağı düşür.
Bu barədə Oxuməni.az "İnterfaks"a istinadən xəbər verir.
Bakı vaxtı ilə saat 09:07-yə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçersləri bir barel üçün 93,24 dollar səviyyəsində ticarət olunur ki, bu da əvvəlki ticarət sessiyasının bağlanış səviyyəsindən 0,54 dollar (0,58%) aşağıdır. Cümə axşamı bu fyuçerslərin qiyməti 2,16 dollar (2,4%) artaraq 93,78 dollara çatmışdı.
Nyu-York Əmtəə Birjasında (NYMEX) elektron ticarətdə WTI markalı neftin oktyabr fyuçersləri isə 0,65 dollar (0,75%) ucuzlaşaraq bir barel üçün 86,18 dollar təşkil edib. Ötən sessiyanın yekununda onların dəyəri 2,44 dollar (2,89%) artaraq 86,83 dollara yüksəlmişdi.
Hər iki müqavilə cümə axşamı ticarəti iyulun 24-dən bəri ən yüksək səviyyədə başa vurub. Həftənin əvvəlindən bəri Yaxın Şərq regionunda davam edən gərginlik fonunda Brent markalı neft 7%-dən, WTI isə 8%-dən çox bahalaşıb.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 21 Avqust 2026 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















