Icma.az
close
up
RU
Neftin qiymətində nə qədər artım ola bilər?

Neftin qiymətində nə qədər artım ola bilər?

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Venesuela prezidenti Nikolas Maduronun həbsi ilə bağlı strateji məhsulların, xüsusilə də neftin qiymətlərinə mümkün təsirləri müzakirə olunur. Bu proses artıq baş verib və hazırda dünya bazarlarında ciddi təlatüm müşahidə edilmir”.
Bunu iqtisadçı Fuad İbrahimov Demokrat.az-a açıqlamasında deyib.
O bildirib ki, adətən neft ixrac edən ölkələrlə bağlı belə hadisələr impulsiv qiymət dalğalanmalarına səbəb ola bilər, lakin mövcud vəziyyət bunu təsdiqləmir:
“Praktik nümunələrə nəzər salsaq, Rusiya–Ukrayna müharibəsi zamanı da qlobal enerji bazarlarında kəskin qiymət şokları yaşanmadı. Müəyyən dövri bahalaşma və ucuzlaşmalar olsa da, bu proseslər faciəvi eniş və ya kəskin sıçrayışlarla müşayiət olunmadı. Eyni hal İran–İsrail gərginliyi fonunda da müşahidə olundu. Hörmüz boğazının bağlanması ilə bağlı təhdidlərə baxmayaraq, bu amil dünya bazarlarında ciddi qiymət dəyişikliklərinə səbəb olmadı. Venesuelanın dünya neft bazarındakı payı mövcuddur, lakin tətbiq olunan sanksiyalar və siyasi proseslər onun qlobal qiymətlərə həlledici təsir göstərməsinə imkan vermir”. 
O deyib ki, bu baxımdan yaxın perspektivdə qlobal enerji bazarlarında ciddi problemlərin yaşanacağı ehtimalı yüksək qiymətləndirilmir:
“Hazırkı mərhələdə qiymətlərə daha çox spekulyativ amillər təsir göstərir. Tələb və təklif arasında müəyyən tarazlıq mövcuddur və bazara tələbatdan artıq məhsul daxil olacağı ilə bağlı proqnozlar qiymətlərin ucuzlaşması istiqamətində gözləntilər yaradır. Buna baxmayaraq, ümumi sabitlik qorunur və neft qiymətləri təxminən 55–70 dollar aralığında üfüqi dalğalanma ilə xarakterizə olunur”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Yanvar 2026 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri