Icma.az
close
up
RU
Neftin ucuzlaşır, inflyasiya sürətlənir: Azərbaycan iqtisadiyyatını hansı risklər gözləyir?

Neftin ucuzlaşır, inflyasiya sürətlənir: Azərbaycan iqtisadiyyatını hansı risklər gözləyir?

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünyanın yeni geopolitik quruluşu sürətlə dəyişməkdədir. Trampın digər ölkələrə tətbiq etdiyi tariflər hər gün daha da yüksəlir. Eyni zamanda,Kanadadan, Aİ-dan, Çindən ABŞ-yə qarşı tariflər gəlməkdə davam edir. Bu beynəlxalq ticarət müharibələri, qlobal iqtisadiyyatın müxtəlif istiqamətlərində qeyri-müəyyənlik yaratmaqdadır. Öz növbəsində, belə bir mühitin Azərbaycan iqtisadiyyatına necə təsir edəcəyi, xüsusilə inflyasiya göstəricilərinin daha da artması ehtimalı ciddi narahatlıq doğurur. Hazırda, ölkəmizdə inflyasiya 5,5%-ə qədər yüksəlib və bu meyil davam edərsə, inflyasiya rəqəmləri daha da artacaqmı? Həmçinin, iqtisadi inkişafı nəzərə alaraq, qarşıdakı aylarda Azərbaycanda gözlənilən iqtisadi proqnozlar nələrdir? 

Bu barədə Moderator.az-a danışan iqtisadçı ekspert  Pərviz Heydərov deyib ki, dünyada hazırda müşahidə olunan qarşılıqlı rüsum və vergi tədbiqi, ümumiyyətlə aparıcı ölkələrin biri-birilərinə qarşı iqtisadi və ticari xarakterli təhdidləri təbii ki, qlobal iqtisadiyyatda müsbət heç nə yaratmır, əksinə böyük risklər ortaya çıxardır:

“Bu da Azərbaycan kimi ölkələr üçün ciddi təhlükələr törədir, müəyyən təsir və təzyiqlər formalaşdırır. Etiraf etmək lazımdır ki, bunun artıq, küləyi hiss olunur. Bunun ən mühüm göstəricilərindən və yaxud əlaməntlərindən biri inflyasiyanın nisbətən sürətlənməsidir. Belə ki, nə yanvar ayı ərzində, nə də fevral ayının yekununa ölkəmizdə inflyasiya göstəricisi ürəkaçan həddə qeydə alınmayıb. Lakin bizim üçün əsas faktor, neftin qiyməti məsələsidir. Neftin ucuzlaşması faktoru ölkəmiz üçün həmişə ciddi təhdid və təhlükə xarakterli hadisə sayılıb ki, deyəsən artıq, bu da, gerçəkləşməyə doğru start götürüb”.

İqtisadçı xatırladıb ki, D.Tramp hələ birinci, yəni 2017-2021-ci illərdə prezidentliyi dövründə də Səudiyyə Ərəbistanını neftin qiymətini artırmaqda ittiham edirdi:

“Ona görə ki, adıçəkilən ölkə qurumda əsas söz sahibi sayılır. D.Tramp o vaxt da bəyan etmişdi ki, neft 50 dollardan aşağı olmalıdır. Bu isə bizə sərfəli deyil. Düzdür, qiymətlərin 50 dollardan aşağı düşəcəyi haqda danışmaq hələ tezdir, ancaq, real olaraq 70 ABŞ dollarının üzərinə düşmüş sayılır ki, bu da ötən ilin dekabrından sonra ən aşağı qiymət səviyyəsidir. Yəni, neftin bundan sonra mərhələli olaraq ucuzlaşması prosesi qaçılmaz gözlənilir. Bu isə ən azı dövlət büdcəmizdə neftin bir barelini 70 ABŞ dollarından götürməyimiz baxımından elə məhz cari il üçün də narahat olmağa əsas yaradır. Odur ki, həm bu, həm də dünya bazarlarında neftin ucuzlaşacağı təqdirdə yanacaq və buna uyğun olaraq logistik xərclərin də nisbətən azalacağına baxmayaraq, aparıcı ölkələrin qarşılıqlı rüsum tətbiq etmələri səbəbindən ciddi bahalaşma təhlükəsi gözləntisi ölkəmizdə ilk növbədə inflyasiyanın getdikcə hələ bir az da sürətlənəcəyi vədi formalaşdırır. Bizdə isə inflyasiya hələ yenicə səngimiş sayılırdı”

 “Bir sözlə, neftin ucuzlaşacağı və ümumən qiymətlərin bahalaşacağı, yəni kəskin inflyasiya dalğalanmalarının ortaya çıxacağı kimi amillər və yaxud gözləntilər üzündən ölkəmiz üçün artıq, ilk üç ayını başa vurmaq üzrə olduğumuz cari ilin qalan dövrü ərzində müəyyən təhdidlər görünür. Ancaq ən mühümü odur ki, neftin qiyməti çox düşməsin. Özü də bu, elə bir vaxta düşür ki, həm dövlət büdcəmiz üzrə xərclər geniş xarakter daşıyır, həm də qeyri-neft-qaz sektoru real olaraq əvvəlkindən daha çox dəstək gözləyir”, - deyə Pərviz Heydərov qeyd edib.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Mart 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri