Icma.az
close
up
RU
Neftqaz siyasətini idarə və Cənubi Qafqaza təsir etmək üçün yeni vasitəçi kimi İran Qərbin marağındadır

Neftqaz siyasətini idarə və Cənubi Qafqaza təsir etmək üçün yeni vasitəçi kimi İran Qərbin marağındadır

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"İndiki zamanda İran ABŞ-ın sanksiyalarından qorxaraq belə açıqlamalar versin. Çünki, İranla bağlı mümkün sanksiyalar hələ uzun illər əvvəl verilib. Görünən odur ki, İran bu sanksiyalar altında nəinki mövcudluğunu qorudu, hətta Orta Şərqdəki yanğın ocaqlarının əksəriyyətində hərbi iştirakını bir qədər də intensivləşdirdi. Amma bu tipli açıqlamaların nədən bu gün ortaya çıxması təbii ki, sual doğurur".

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Əli Həziquliyev danışıb. Politoloq qeyd edib ki, məsələyə bir neçə aspektdən baxmaq lazımdır: "Birincisi, Rusiya-Ukrayna savaşı fonunda İranın mümkün qədər tez Qərblə münasibətlərinin tənzimlənməsi. İkincisi, ABŞ-ın Rusiya iqtisadiyyatına ciddi zərbə vura bilməsi üçün neftin qiymətinin aşağı salınması yolunda fəaliyyəti.

Xatırlayırsınızsa, Səudiyyə Ərəbistanı bir neçə gün əvvəl açıqlama verdi ki, OPEC-in pay bölgüsü sxemindən çıxır və hasilatı artıracaq. Bunun üzərinə İran neftinin də sanksiyalardan çıxarılmasını gəlsək, neftin qiymətinin kəskin azalacağını söyləməmək çətindir. İranın da indi xarici siyasətində dəyişikliklər etmək istəməsinin kökündə ABŞ-dan gələn tapşırıq tipli mesajlardır. Digər tərəfdən, İran bu gün Qərb üçün daha cəlbedicidir. Bunu bir səbəbi neft-qaz siyasətidirsə, digər tərəfi Qafqaza, daha doğrusu Ermənistana nəzarət uğrunda yeganə qol olaraq əhəmiyyətini saxlayan İran marşurutudur"-deyən politoloq bildirib ki, bu marşurut olmadan Qərbin Qafqazda münaqişə ocağı yaranmaq və mövcud ocaqları saxlamaq şansı zəif görünür.

Əli Həziquliyev

Politoloqun sözlərinə görə, İran Qərb üçün həm də ona görə cəlbediciliyini artırıb ki, güclənməkdə olan Türk Dövlətləri Birliyinə yeganə maneə rolunu artırıb.

"İrana qədər bu məsuliyyət Qərb tərəfindən Rusiyanın üzərinə qoyulmuşdusa, indi Rusiya bu missiyanın sürdürülməsində nəinki maraqlı görünür, əksinə bu birliyin yaradılması və güclənməsi üçün əlavə töhvələr verir. Təbii ki, bu vəziyyət Qərbi narahat etməyə bilməz və bu baxımdan istila siyasətini İran üzərindən həyata keçirmək üçün çabalar göstərir. İran da bunu görür, bilir və əllərinə düşən fürsətdən maksimum yararlanmağa çalışırlar"-deyə Əli Həziquliyev əlavə edib.

Xatırladaq ki, İran İslam Respublikası liderinin baş müşaviri Əli Əkbər Vilayəti “Financial Times” qəzetinə müsahibəsində İranın Qərb ölkələri ilə əməkdaşlığa hazır olduğunu deyib. Keçmiş xarici işlər naziri və Xameneiyə yaxın olan Əli Əkbər Vilayəti deyib ki, İran İslam Respublikası öz xarici siyasətini nəzərdən keçirir və Avropa ölkələri ilə daha yaxşı əlaqələr qurmaq istəyir.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Noyabr 2024 23:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri