Icma.az
close
up
RU
Nəhəng asteroidin ciddi həyəcanı

Nəhəng asteroidin ciddi həyəcanı

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İnternetdə Yerə düşə biləcək asteroid haqqında müzakirələr aparılır. İddia edilir ki, toqquşma baş verərsə, nəticələri dünya əhalisi üçün çox ağır olacaq. Alimlər təhlükəni diqqətlə izləyir və təhlükəli kosmik obyektlə bağlı vəziyyəti təhlil edirlər. Bəziləri də süni intellektlərin asteroidlə bağlı proqnozlarını öyrənməyə çalışırlar.

Xatırladaq ki, alimlər asteroidin təhlükəli ola biləcəyini 2024-cü ilin sonunda öyrəniblər. Belə ki, ötən ilin dekabr ayında astronomlar 2024 YR4 adlandırdıqları asteroidi kəşf ediblər. Onun ölçüsü 50 ilə 90 metr arasında dəyişir. Mütəxəssislər bu ölçüləri Yer kürəsi üçün təhlükəli hesab edirlər. Məsələn, 2013-cü ildə düşən Çelyabinsk meteoritinin diametri təxminən 19,8 metr olub.

Kəşfdən bir neçə həftə sonra tədqiqatçılar 2032-ci il dekabrın 22-də asteroidin Yerlə toqquşması ehtimalının sıfırdan çox uzaq olduğunu müəyyən ediblər. Əvvəlcə toqquşma şansının 1,3 faiz olduğunu bildirmişdilər, lakin fevralın 7-də proqnoz 2,2 faizə qədər artırıldı. Alimlər xəbərdarlıq edirlər ki, asteroidin Yerə düşməsi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər.

Bəs süni intellekt proqramları asteroidin Yerə düşməsi barədə nə “düşünürlər”? Bununla bağlı “DeepSeek”-ə sual verilib. Qeyd edək ki, alimlərin hazırda asteroid haqqında çox az məlumatı var, buna görə də, süni intellekt proqramı 2025-ci ilin fevral ayının əvvəlinə olan bütün mövcud proqnozları vahid mətndə toplayıb. Bununla belə, neyron şəbəkənin proqnozları ciddi düşünməyə vadar edir. Belə ki, “DeepSeek”-in proqnozlarına görə, asteroidin düşməsindən yaranan partlayışın enerjisi təxminən 7-8 meqaton olacaq. Bu, 1945-ci ildə Yaponiyanın Xirosima şəhərinə atılan nüvə bombasından 500 dəfə güclüdür.

Bundan başqa, məlumat verilir ki, zərbə dalğası on kilometrlərlə uzaqlıqda olan bütün binaları məhv edə bilər. Eyni zamanda, istilik radiasiyası 20 kilometrə qədər radiusda yayılaraq yanğınlara səbəb olacaq. Bundan əlavə, zərbə 6–7 bal gücündə güclü zəlzələyə də səbəb ola bilər.

Digər təhlükəli ssenari asteroidin dənizə və ya okeana düşməsidir. Bu, dalğaları 30 metrədək yüksələn sunamiyə səbəb olacaq və nəticədə sahilyanı əraziləri su basacaq. Oxşar dalğalar 2004-cü ildə Hind okeanında baş verən zəlzələ zamanı da yaranmışdı. Xatırladaq ki, bu, müasir tarixdə ən ölümcül sunamiyə səbəb olmuşdu. Ümumilikdə, təbii fəlakət nəticəsində təxminən 230 min insan həyatını itirmişdi.

Daha dəhşətlisi odur ki, böyük şəhərə düşən asteroid onun infrastrukturunu məhv edəcək və bu, ciddi iqtisadi böhrana səbəb olacaq. Bərpa böyük miqdarda vəsait və vaxt tələb edəcək. Bundan əlavə, vaxtında təxliyə edilməsə, on minlərlə insan həlak olacaq.

Bundan başqa, zərbə nəticəsində çox miqdarda toz və hisin qəfil atmosferə yayılması fövqəladə vəziyyət zonasında iqlimi daha da pisləşdirəcək. Bu, yerli ekosistemlərə, havanın keyfiyyətinə və kənd təsərrüfatına mənfi təsir göstərəcək. Vəziyyətin normallaşması üçün illər lazım olacaq.

Maraqlıdır ki, “DeepSeek”-in əsas rəqibi olan Amerika neyron şəbəkəsi ChatGPT-in də proqnozu ürəkaçan olmayıb. Hər iki süni intellekt proqramı təbii fəlakət ehtimalı ilə bağlı düzgün və ən aktual məlumatları təqdim edib.

Bəs nikbin proqnoz varmı? “The New York Times” Arizona Universitetinin mütəxəssisinə istinadən yazır ki, asteroidin düşmə ehtimalı Yer kürəsinin sakinlərinin yatmasına mane olmamalıdır. Vəziyyət təhlükəlidir, bununla belə, kosmik obyekt ancaq düşə biləcəyi ərazi üçün təhlükəlidir. Ümumiyyətlə, alimlər bildirirlər ki, bəşəriyyət qlobal fəlakətlə üzləşməyəcək.

Ümid edək ki, “DeepSeek”-in də, Open AI-in də proqnozları reallaşmayacaq. Oxuduqlarımız da yalnız növbəti “maraqlı xəbər” kimi yadda qalacaq.

FİDAN
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Fevral 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see273

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see269

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see251

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see248

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see243

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see240

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see237

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see230

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see229

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see220

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see209

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see207

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see206

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see204

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see204

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see203

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see203

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see201

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see201

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri