Icma.az
close
up
RU
Rəqəmsal imkanlarla bağlı yol xəritəsi müəyyənləşdirildi FOTOLAR

Rəqəmsal imkanlarla bağlı yol xəritəsi müəyyənləşdirildi FOTOLAR

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Beynəlxalq Telekommunikasiya İttifaqına (BTİ) üzv ölkələr dünya üzrə hər kəsin internetə çıxışını təmin etmək məqsədini daşıyan yol xəritəsi üzrə razılığa gəliblər. Bu barədə qərar bu gün Bakıda başa çatan Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında (WTDC-25) qəbul edilib.

"Unikal" xəbər verir ki,iİkihəftəlik tədbir BTİ və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilib. MDB regionunda ilk dəfə Azərbaycanda təşkil olunan konfrans regional və beynəlxalq rəqəmsal inkişaf strategiyalarının müzakirəsinə imkan yaradıb.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müraciətində vurğuladığı kimi, Bakı üzv dövlətlərin və tərəfdaşların qarşıdakı dörd il ərzində BTİ-nin inkişaf istiqamətlərini müəyyən edəcək praktik qərarlar üzrə razılığa gəldiyi məkan oldu. Tərəfdaşlarla birlikdə çalışan Azərbaycan bu nəticələrin formalaşmasında fəal iştirak etdi. COP29-un Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannaməsinə istinad edən Bakı Bəyannaməsinin qəbul olunması isə inklüziv və davamlı rəqəmsal gələcəyə olan ortaq öhdəliyimizi əks etdirir”, – deyə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

Tədbir çərçivəsində qəbul olunan qətnamələr radiotezliklərin idarə olunması, kibertəhlükəsizlik, rəqəmsal inklüzivlik, İKT-nin tətbiqi və tənzimlənməsi, innovasiya və ucqar ərazilərdə rəqəmsal texnologiyaların istifadəsi kimi müxtəlif sahələri əhatə edib.

Konfransın əsas yekun sənədi olan Bakı Fəaliyyət Planı telekommunikasiya və informasiya-kommunikasiya texnologiyaları vasitəsilə insan mərkəzli rəqəmsal inkişafın əsas istiqamətlərini müəyyən edir. Plan xüsusilə inkişaf etməkdə olan ölkələr, rəqəmsal xidmətlərə məhdud çıxışı olan icmalar və həssas əhali qruplarının ehtiyaclarını prioritet olaraq önə çıxarır.

Hazırda dünyada təxminən 2 milyarddan artıq insan internetə qoşula bilmir. 2026 – 2029-cu illəri əhatə edən dördillik plan inklüziv və dayanıqlı rəqəmsal gələcək üçün universal, faydalı və əlçatan internet bağlantısının inkişaf etdirilməsinə dəstək verəcək.

“WTDC-25” bu onillikdə hər kəs üçün hər yerdə əlaqənin universal, faydalı və əlçatan olmasını təmin etmək məqsədimizə bizi daha da yaxınlaşdırdı. Bakı Bəyannaməsi və Fəaliyyət Planı isə heç kimi kənarda qoymayan, insan mərkəzli rəqəmsal inkişaf yol xəritəmizdir”, – deyə BTİ-nin Baş katibi Dorin Boqdan-Martin bildirib.

Bakı Fəaliyyət Planı regional təşəbbüsləri, BTİ-nin rəqəmsal inkişaf fəaliyyətini istiqamətləndirəcək yeni və yenilənmiş qətnamələri, eləcə də BTİ-nin Telekommunikasiyanın inkişafı sektoru (ITU-D) üçün tövsiyələri əhatə edir. Sənəd həmçinin qurumun ekspert qruplarının araşdıracağı texniki məsələləri müəyyənləşdirir.

Fəaliyyət Planındakı regional təşəbbüslər BTİ-nin dünyadakı altı region üzrə rəqəmsal inkişafın əsas prioritetlərini, məsələn, infrastruktura çıxışın təmin edilməsi, rəqəmsal bacarıqların artırılması və inklüziv xidmətlərin təmin olunması kimi məsələləri əhatə edir. Beynəlxalq təşkilat müəyyən edilmiş regional tələblərin yerinə yetirilməsi üçün layihələr üzrə tərəfdaşlıqlar qurmağı və resursları səfərbər etməyi planlaşdırır.

“Bakı Fəaliyyət Planı rəqəmsal fərqləri aradan qaldırmaq üçün yol xəritəsini müəyyən edir. Eyni zamanda ən az inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin xüsusi ehtiyaclarını nəzərə alır. Hökumətlər və tənzimləyici orqanlarla əməkdaşlıq edərək sənaye və özəl sektorun investisiya qoymasına imkan verən əlverişli siyasət və tənzimləyici çərçivə yaradacağıq. Bu yolla infrastruktur boşluqlarını aradan qaldırmaq, hər kəs üçün faydalı əlaqəni və bütün insanların internetə çıxışını təmin etmək istiqamətində konkret nəticələr əldə etməyi səbirsizliklə gözləyirik”, – deyə BTİ-nin İnkişaf Bürosunun direktoru Kosmas Lakison Zavazava vurğulayıb.

Konfrans zamanı BTİ 2025-ci il üzrə Qlobal Bağlantı Hesabatını təqdim edib. Hesabat hər yerdə insanların yüksəkkeyfiyyətli internet xidmətindən əlçatan qiymətlərlə istifadə edə bilməsini təmin etmək üçün tövsiyələr verir.

Tədbir çərçivəsində bir sıra razılaşmalar da imzalanıb. Asiya-Sakit Okean regionunda milli “ağıllı” kəndlər və “ağıllı” adalar proqramlarının davamlılığını təmin etmək məqsədilə ikiillik layihə həyata keçiriləcək. Bu təşəbbüs kənd və ucqar ərazilərdə yaşayan icmalarda rəqəmsal bacarıqların artırılması, həmçinin rəqəmsal xidmətlərə çıxışın təmin olunması üçün model rolunu oynayacaq və yeddi ölkə üzrə 3000 nəfərə fayda verəcək.

Bundan əlavə, MDB regionunda peşəkar və rəqəmsal bacarıqların artırılmasını dəstəkləmək məqsədilə layihə həyata keçiriləcək. Layihə “Intersputnik” beynəlxalq təşkilatı ilə birgə icra olunacaq və peyk rabitəsi ilə yayım texnologiyaları sahəsində çalışan 300 nəfərə fayda verəcək.

 “WTDC-25”, həmçinin ən az inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün yüksəksəviyyəli dialoqu əhatə edib. Bu qruplara aid ölkələr genişzolaqlı internetin əhatəsini artırmaq, insan mərkəzli davamlı inkişafı irəlilətmək və hər kəs üçün təhlükəsiz rəqəmsal gələcək təmin etmək planlarını bölüşüblər.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://unikal.az
archiveBu xəbər 28 Noyabr 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri