Icma.az
close
up
RU
Nəhəng bazar, böyük fürsət İxracda yeni hədəflər

Nəhəng bazar, böyük fürsət İxracda yeni hədəflər

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Son illərdə Azərbaycanla Çin arasında iqtisadi və ticarət əlaqələrinin genişlənməsi müşahidə olunur. Hazırda Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır. 2023-cü ildə Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 3,1 milyard ABŞ dolları təşkil edib. 2024-cü ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi 20,7 faiz artaraq 3.7 milyard ABŞ dollarına yüksəlib. Bu ilin yanvar-aprel aylarında isə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 37 faiz artaraq 1,4 milyard dolları üstələyib.

Ənənəvi olaraq enerji resursları ixracda üstünlük təşkil etsə də, artıq kənd təsərrüfatı və emal məhsullarının da Çinə ixracı gündəmdədir. Azərbaycandan Çinə fındıq və badam ixracına hazırlıq gedir. Artıq Çinə toyuq ayaqlarının ixracı məsələsi də gündəmdədir.

Bəs, görəsən, bu bazar Azərbaycan üçün hansı perspektivlər vəd edir? Növbəti mərhələdə daha hansı məhsularımızın Çinə ixracı mümkündür?

Millət vəkili Vüqar Bayramov deyir ki, Çin istehlakçı sayına görə dünyanın ikinci bazarıdır: "Eyni zamanda, alıcılıq qabiliyyəti baxımından da Çin bazarı qlobal olaraq seçilir. Təbii ki, burada kifayət qədər böyük tələb var. Qiymətləndirmələr göstərir ki, Azərbaycanın Çinə ixracatında daha çox üstünlük ərzaq və kənd təsərrüfatı məhsullarına verilə bilər. Ərzaq məhsulları baxımından Çin bazarı Azərbaycan üçün kifayət qədər cəlbedici və rentabelli hesab olunur. Xüsusən nəzərə alsaq ki, Azərbaycan idxalda artıq Çinlə ən böyük tərəfdaşdır. Bu kontekstdən həm də bizim ixrac potensialımızı artırmaq lazımdır. Çünki Çindən daha çox məhsul idxal etdiyimizdən vacib məqamlardan biri də odur ki, bu ölkəyə ixracın artırılmasına nail olaq”.

Millət vəkilinin fikrincə, Çin bazarına ərzaq məhsulları ixracı üçün geniş imkanları var: "Məsələn, həm meyvə suları, həm xammal, eləcə də emaledici kənd təsərrüfatı məhsullarının Çin bazarına çıxarılması potensialı yüksək qiymətləndirilir”.

İqtisadçı-ekspert Xalid Kərimli hesab edir ki, Çin bazarı qeyri-neft sektoru üçün əhəmiyyətli ola bilər: ”Çinlə Azərbaycanın geniş ticarət əlaqələri var. Amma biz daha çox bu ölkədən idxal edirik, ixrac zəifdir. Əslində nə istehsal edə biliriksə, onu Çinə ixrac etmək mümkündür. Bazara girmək üçün çinli tərəfdaşlarla əlaqə qurulmalı, ixrac ediləcək məhsul rəqabətli olmalıdır. Çünki Çin bütün sahələrdə, o cümlədən kənd təsərrüfatı üzrə çox yaxşı inkişaf edib, özlərinin bərəkətli torpaqları var.

Təəssüf ki, hazırda Çinə əsasən, neft-kimya məhsulları ixrac edə bilərik. Yəni, biz xammal ixrac edən ölkəyik. Qızıl, neft-qaz, müəyyən qədər kənd təsərrüfatı məhsulları, pambıq çiyidi, gübrə və s. Normal istehsal olmalıdır ki, ixracın şaxələndirilməsi barədə düşünə bilək”.

Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadiyyat kafedrasının dosenti Emin Qəriblinin fikrincə, Çin bazarı Azərbaycan üçün böyük perspektivlər vəd edir. Ekspert vurğulayır ki, bu ölkə Azərbaycanla əlaqələrini genişləndirməkdə maraqlıdır: "Bunun bir neçə səbəbi var.  Ərazimizdən keçən nəqliyyat dəhlizi, neft-kimya sənayemizin, kənd təsərrüfatının inkişafı üçün geniş potensialın olması Azərbaycanın cəlbediciliyini artırır. Artıq Çin də investisiya cəlb edən ölkədən investisiya yatıran ölkəyə çevrilib. Azərbaycan məhsul ixrac etməkdən daha çox Çin investisiyalarını cəlb etməkdə maraqlıdır. Lakin bu bazar Azərbaycan üçün böyük perspektivlər vəd edir. Bizim əsas hədəfimiz kənd təsərrüfatı məhsullarıdır. Çünki biz bu məhsulları əsasən Rusiya bazarlarına ixrac edirik. Orada zaman-zaman müəyyən dəyişikliklər baş verir, bürokratik maneələr meydana çıxır. Ona görə bu sahəni diversifikasiya etsək yaxşı olar, Rusiya bazarından asılılıq azalar. Düzdür, Çinə məsafə bir qədər çoxdur. Amma bu gün yaradılan infrastruktur layihələri gələcəkdə imkan verəcək ki, daha ucuz xərclə Çin bazarına çıxa bilək”.

E.Qəribli qeyd edir ki, hazırda Çin bazarında orqanik məhsullara tələbat yüksəkdir: "Çin əhalisi 1.4 milyardı keçən, varlı və orta təbəqəsi durmadan artan, sağlam, təbii qida istehlakına marağı olan nəhəng bir bazardır. Azərbaycanın ekoloji cəhətdən təmiz məhsulları bu kontekstdə diqqət çəkə bilər. Çünki bazar böyük olduğundan orada istehlakçı tələbatını qarşılamaq üçün geni dəyişdirilmiş məhsullar təklif olunur. Hesab edirəm ki, Azərbaycanda bütün məhsullar məhz orqanik məhsul olaraq ixtisaslaşarsa, daha yaxşı olar. Bunun üçün bizdə kifayət qədər potensial mövcuddur. Xurma, gilas, ərik və s. meyvələrin keyfiyyətinin saxlanması və bu bazara ixrac olunması mümkündür”.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov hesab edir ki, Çin bazarına aqrar məhsullarla çıxmaq daha uğurlu ola bilər: "Məsələn, bu bazara quru meyvələr və müxtəlif ədviyyatların ixracı mümkündür. Amma bizdə bu sahədə istehsal o qədər də geniş deyil. Hazırda ancaq fındıq, qoz və badam kimi məhsulların ixrac imkanı var. Amma bal və bal məhsullarının Çinə ixracı çox perspektivli ola bilər. Dünyada ən çox bal istehlak və idxal edən ölkələrdən biri Çindir. Düzdür, öz istehsalları var, amma tələbatı tam ödəyə bilmirlər. Biz bu ölkəyə maksimum təxminən 100-150 ton bal göndərə bilərik. Bu çox azdır, əgər istehsal həcmi artarsa, ixrac imkanlarımız da genişlənər. Ümumiyyətlə, Azərbaycan balı keyfiyyətli olduğundan dünya bazarında ona yüksək tələb var. Bu sahəni inkişaf etdirə bilsək, ciddi gəlir əldə etmək mümkündür”.

Mənbə: "Kaspi" qəzeti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 Avqust 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri