Icma.az
close
up
RU
İxracda bir milyardlıq hədəf

İxracda bir milyardlıq hədəf

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 602 milyon 531 min ABŞ dolları dəyərində 574.3 min ton meyvə-tərəvəz ixrac edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 31.4 faiz və ya 143.7 milyon dollar, həcmi isə 30.8 faiz və ya 135.2 min ton artım deməkdir. 2024-cü ilin ilk doqquz ayında Azərbaycan 458.8 milyon ABŞ dolları dəyərində 439.2 min ton meyvə-tərəvəz ixrac edib.

Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 157.2 milyon dollar dəyərində pomidor (144 min ton), 100.4 milyon dollar dəyərində meşə fındığı (13.5 min ton), 50.2 milyon dollar dəyərində alma (71.4 min ton ), 34.1 milyon dollar dəyərində xurma (47.7 min ton), 28.2 milyon dollar dəyərində kartof (70.9 min ton), 7.2 milyon dollar dəyərində nar (8 min ton) olub.

Bəs ümumilikdə Azərbaycanın meyvə-tərəvəz ixracında potensialımız necədir? Yaxın gələcəkdə ixracı bir milyarda çatdırmaq mümkündürmü?

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyevin sözlərinə görə, Azərbaycanın qeyri-neft ixracında kənd təsərrüfatı məhsulları, xüsusən də meyvə-tərəvəz mühüm yer tutur: "Meyvə-tərəvəzdə ənənəvi bazarımız Rusiyadır. Rusiyaya ixracın artmasının səbəbi Qərbin tətbiq etdiyi sanksiyalardır. O cümlədən Azərbaycan məhsullarının ixracı Körfəz ölkələrinə - Bəhreyn, Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, Oman kimi ölkələrə də həyata keçirilir. Gələcək üçün uzunmüddətli perspektiv Avropa bazarıdır. Oraya da məhsul ixracının artırılması planlaşdırılır. Sadəcə, Avropa bazarına ixrac üçün tələblər çoxdur. Bir sıra standartlar var ki, onlara riayət olunmalıdır. Bu da sahibkarlar üçün çətin olduğundan marağı aşağı salır”. 

R.Atakişiyev bildirdi ki, son dövrlərdə hökumət tərəfindən də ixracla bağlı mühüm işlər görülür: "İxrac olunan məhsulun üç və altı faizi dəyərində vəsait sahibkara qaytarılır. İxracın təşviqi sənədi vasitəsilə digər dəstəklər göstərilir. Ümumiyyətlə, ixrac zamanı gömrük rüsumu tətbiq olunmur. Müxtəlif ölkələrdə ticarət məntəqələrimiz var. Həmin yerlərdə kənd təsərrüfatı məhsullarımız satışa çıxarılır. Dövlət tərəfindən subsidiyalaşma həyata keçirilir”. 

Sədrin fikrincə, gəlirimizi artırmaq üçün müəyyən işlər görməliyik: "Son dövrlər yaranmış 31 faizlik artım növbəti dövrlərdə o halda mümkün olar ki, bazarlarla ardıcıl işlər aparılsın. Həmin bazarlarda bizim məhsullara tələbat yüksək olsun. Azərbaycan məhsullarının qlobal bazarda rəqabət üstünlüyü böyükdür. Çünki bizim məhsulumuz təbii, orqanikdir. Düzdür, digər məhsullara baxanda bahadır. Amma təbii məhsul olduğu üçün bahalı bazarlarda daha yaxşı rəqabət apara bilərik”.

İqtisadçı Rauf Qarayevin sözlərinə görə, meyvə-tərəvəz ixracında yeni bazarlara çıxış əldə edirik: "Meyvə tərəvəzi əsasən Rusiya bazarına, Yaxın Şərqə, Körfəz ölkələrinə ixrac edirdik. Avropa İttifaqı bazarına da satış həyata keçiririk. Çin, Hindistan, Cənubi Amerika və Afrika bazarına çıxış əldə etmək istəyirdik. Baltikyanı ölkələrə də satışlarımızı həyata keçirmək niyyətimiz var idi. Artıq Çin bazarına daxil olmuşuq. Şirkətlərdən biri bu bazara daxil olmaq üçün memorandum imzaladı. Bu ölkə ilə viza rejimi də aradan qaldırıldığından həmin bazara çıxışımız daha da asanlaşıb. Maneələrdən biri də tətbiq edilən kvotalar idi. Kvotalar istədiyimiz qədər məhsul ixrac etməyə mane olurdu”.

R.Qarayev logistika problemlərindən də bəhs etdi: "Avropaya çıxış baha başa gəlir. Amma dəmir yolu vasitəsilə çıxış əldə etsək, Zəngəzur dəhlizi ilə Türkiyəyə və oradan gəmi vasitəsilə məhsullarımızı istənilən ölkəyə çatdıra bilərik. Amma bir çox ölkələrə məhsulların tez çatdırılması vacibdir. Bunun üçün soyuducu sistemlər olmalıdır. Bu cəhətdən çatışmazlıq mövcuddur. Meyvə-tərəvəz yetişdirirəmsə, həmin gün də satışını etməliyəm. Bu halda xərclərin qarşısı alına bilər. Amma bu, mümkünsüzdür. Məhsul əksər hallarda məhv olur. Bəzən yolda müəyyən problemlərə, yaxud gömrük keçidi zamanı yubanmalara görə də məhsullar sıradan çıxa bilir”. 

İqtisadçı bildirdi ki, məhsulumuzun keyfiyyətinə üstünlük versək, ixracı daha da artıra bilərik: "Qlobal bazarlarda yerimizi tuta biləcəyik. Amma Azərbaycan məhsullarına rəqib olacaq məhsullar da var. Məsələn, Rusiya bazarında Türkiyə məhsulları ilə rəqabət aparırıq. Rəqabətdə qalib gəlmək üçün məhsullarımız keyfiyyətli olmalıdır. Baxmalıyıq ki, hansı ölkələrdə məhsul yetişməsi baha başa gəlirsə, o məhsulları yetişdirməli və ixrac etməliyik. Yəni ölkələrin bazarlarını təhlil etməliyik. Hansı məhsullara daha çox tələbat varsa, onlara yönəlməliyik. İxracı artırmaq üçün istehsalı da artırmalıyıq. Bunun üçün də kənd təsərrüfatında mövcud olan problemlər aradan qaldırılmalıdır. Subsidiyalar sahibkarlar üçün əlçatan olmalıdır. Meyvə-tərəvəz ixracının artımı üçün bütün bu məsələlər nəzərə alınmalıdır”. 

Mənbə: "Kaspi" qəzeti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Noyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see891

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see561

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see324

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see304

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see292

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see289

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see287

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see280

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see241

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see215

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see197

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see183

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see178

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri