Icma.az
close
up
RU
“Nəinki “KQB”, hətta MTN in Eldar Mahmudov dönəminin arxivləri də açılmalıdır...”

“Nəinki “KQB”, hətta MTN in Eldar Mahmudov dönəminin arxivləri də açılmalıdır...”

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“Və mən sizə tam məsuliyyətlə deyirəm ki, arxivlər açılarsa, biz çox böyük miflərin dağılmasının şahidi olarıq. Amma həmin miflərin də dağıdılması olduqca vacibdir. Çünki o şəxslər bu gün də cəmiyyətdə bir sıra hallarda rəy formalaşdıran şəxslərdir...”

“Belə hesab edirəm ki, Azərbaycanda nəinki keçmiş “KQB”, yəni SSRİ DTK-nın arxivləri, hətta keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Eldar Mahmudov dönəmini əhatə edən arxivləri də açılmalıdır.  Çünki bunu istintaqlar, məhkəmələr də sübut edir ki, həmin dövrdə, yəni düz 11 ildən artıq bir müddətdə Azərbaycanın milli təhlükəsizlik orqanları bir qudlur dəstəsinin əlində olub. Və o dəstə saysız-hesabsız cinayətlər törədibdir. Həmin dövr, yəni konkret olaraq Eldar Mahmudovun adı çəkilən qurumda nazir olduğu dönəm heç bir halda Azərbaycan dövlətçiliyinin, Azərbaycan dövlətinin təhlükəsizliyinin qorunduğu bir zaman kəsimi kimi nəzərdən keçirilə bilməz. Ona görə ki, o illər boyu Azərbaycan dövlətçiliyinin ən mühüm orqanlarından biri olan təhlükəsizlik orqanları satqın, xəyanətkar, quldur bir qruplaşmanın nəzarətində olub. Odur ki,  bəhs edilən dövrün də bütün arxivləri açılmalıdır.  Və cəmiyyət birmənalı şəkildə bilməlidir ki, Mahmudov dəstəsi hansı cinayətləri törədib”. 

Bu fikirləri Moderator.az-a açıqlamasında keçmiş Rusiya-Sovet imperiyası dönəminin arxivlərinin açılmasının vacibliyindən danışan siyasi təhlükəsizlik məsələləri üzrə ekspert, sabiq təhlükəsizlik zabiti Ərəstun Oruclu səsləndirib.

“Cəmiyyət olaraq bizim bu gün bildiyimiz Eldar Mahmudovun MTN-də başında durub idarə etdiyi dəstənin yalnız hansısa maliyyə və quldurluq cinaəytləridir.  Fəqət Mahmudovun və bandasının birbaşa dövlətə xəyanət cinayətləri də var. Və bunlar mütləq açılmalı, bütün bu cinayətlərdə iştirak etmiş şəxslər sorğulanmalıdır. Qorxmaq lazım deyil ki, istər “KQB”, istərsə də MTN cinayətləri açılarsa, hansısa nüfuzlu, cəmiyyətdə müəyyən hörməti olan şəxslər ifşa olunacaq. Xeyr. Ən qorxulusu odur ki, cəmiyyətdə nüfuzu olan, hörmət olunan şəxs tamam başqa bir şəxs olsun- gizli agent... Bu daha təhlükəlidir, nəinki elə şəxslərin ifşa olunması... Və mən sizə tam məsuliyyətlə deyirəm ki, o arxivlər açılarsa, biz çox böyük miflərin dağılmasının şahidi olarıq. Amma həmin miflərin də dağıdılması olduqca vacibdir. Çünki o şəxslər bu gün də cəmiyyətdə bir sıra hallarda rəy formalaşdıran şəxslərdir. Onlar ifşa olunmalıdır. Bunun başqa yolu yoxdur”, -deyə davamında ekspert vurğulayıb.  

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Fevral 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri