Icma.az
close
up
RU
Nənə Mədinə ilə nəvə Mədinənin hekayəti...

Nənə Mədinə ilə nəvə Mədinənin hekayəti...

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

Ad insanın tanınma vasitəsidir. İnsan adına görə tanınır, özünə görə sevilir.

Bəzən ad insana ayrıca ehtiram vasitəsi olur. Ana adı kimi, qardaş, ata adı kimi. Sevdiyi insanın özü ömründə yaşayır, adını da dillərdə yaşatmaq istəyir, hər dəfə adını çəkəndə ruhu rahatlıq tapsın deyə bu ada ömür verənlər də olur. İllər bu sevginin üstündə yel əsdirə bilmir. O ada sevgi o adı verənin son nəfəsindən sonra da yaşayır, yaşadılır...

Atam Heydər dərdəcar adam olub - dörd yaşında atasız qalıb, on iki yaşında anasız. Anasızlıq son nəfəsinə kimi ürəyində uçunan, çırpınan bir haraya dönüb: Ana, ay ana! Dili də Mədinə deyib, ürəyi də. Ürəyi də Mədinə adının səyyarəsi olub, ömürü də...

Tale atamın da ömürünü sınaqlarla üzləşdirib. Ona və bibilərinin yetim qalmış uşaqlarına əmisi oğlu İsbəndiyar himayədarlıq edib. Gənc yaşlarında yeddi yetimin dayağı olmuşdu İsbəndiyar. Zəngilan Maliyyə İdarəsində mühasib işləyib. Onu da İkinci Dünya müharibəsinə aparıblar. Döyüşən orduya. Döyüşdə həlak olub. Geniş ürəkli bu cavan ömrünü itirib. Yeddi yetim uşaq qara talenin girdabına düşüb...

Atam kiçik yaşlarından işləyib, bibisi uşaqları Əli və Mehdi ilə birlikdə kəndin mal-qarasını otara-otara bərkiyib sümükləri. Ümidləri, zəhmətsevərlikləri onlara ata olub, ana olub. Ata ruhunun, ana ruhunun xeyir-duasıyla ayları il eləyiblər...

Bu, onun həyatı dərk etməsində vəsilə olub...

Atamı da hərbi xidmətə çağırıblar. "Azərbaycana başucalığı, üzünü doyunca görmədiyim atamın, anamın ruhuna rahatlıq gətirmək istəyirdim. Qayıdanda onun qəbrinə baş qoyub "qayıtdım..." deməyə üzüm gəlsin deyə..." Atam bizə belə deyirdi. Onun kövrək xatirələrini ata öyüdü kimi dinləyirdik...

Atam nə atasını unudurdu, nə də anasını; bu yaşda yetim olmaz deyirdi. Ancaq atasını da həmişə qəhərlə xatırlayırdı, anasını da...

Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Daxili İşlər orqanlarında milis nəfəri kimi işləməyə göndərilib. 1953-ci ilin avqustundan ömrünün sonuna kimi - 1984-cü ilin iyuluna kimi Zəngilan rayon daxili işlər şöbəsində milis nəfəri işləyib. Bu xidmətini onun xarakterinin göstəricisi biliblər. Xarakteri xidmət illərində təkcə peşə fəaliyyəti deyil, həm də layiqli bir vətəndaşın şərəfli ömürü olub. Belə ömürlər həmişə qürur simvolu kimi sevilir, son nəfəsindən sonra belə də xatırlanır...

1983-cü ildə ikinci övladım oldu. Qızımın dünyaya gəlişi atamı kövrəltmişdi. Bir-iki gündən sonra bildik ki, bu kövrəklik sevincin yaratdığı kövrəklik imiş; atam bəlkə də yeniyetməliyindən bu günü arzulayırmış: Qız nəvəm olsun, Allahım, qız nəvəm olsun! Qızım dünyaya gələndə kimsə görməsin deyə bir tərəfə çəklib, ağlayıb: Anam doğuldu!..

Atamın sevinci yerə-göyə sığmırdı. Bir neçə gün sonra evə doğum şəhadətnaməsi ilə gəldi. Üzündə bənzəri olamayan bir təbəssüm vardı: "Adını Mədinə qoydum. Anamın adını... Anamı tapdım!" Otağımız sanki nurlandı. Ağladı atam. Əvvəl için-için, sonra hönkürtüylə. Heç kimə məhəl qoymadan. Atam ilk dəfə idi ki, bu qədər ağlayırdı. Onun göz yaşları ana sevgisiydi, illərin mənəvi sıxıntılarıydı, anasızlığın qəhəriydi. Özünü itirsə də, adını yaşatma təsəllisiydi...

Qızıma anasının adını verdi atam: Mədinə...

Qızım ailəmizə işıq kimi gəldi, nur kimi gəldi, ömrümüzün ninnisi kimi gəldi, ürəyimizin diləyi kimi gəldi, gecələrimizin yuxusu kimi gəldi, sabahlarımızın qoxusu kimi gəldi. Atam hərdən deyirmiş ki, nəvəm anama bənzəyir. Sevgiyə bax, İlahi, yaratdıqlarına bax, yaratdıqlarının sevgisinə bax!..

Anası haqqında heç zaman heç birimizlə kəlmə kəsməyən atam Mədinəni görəndə göz yaşları yanağını yandırırdı: "Anam da sənin kimi gülərüzüydü, ay bala!..." - deyərdi, bir andaca qəhərlənirdi. Qəribə idi, biz Mədinə nənəni görməyə-görməyə elə bilirdik onu görmüşük. Balaca Mədinənin gözlərini nənəmin gözlərinə bənzədərdik, baxışını baxışlarına, gülüşünü gülüşünə, sonralar yerişini yerişinə...

Atamın pıçıltıyla dediyi kəlmələri bilmirəm məndən savayı eşidən olmuşdumu: Nəvə Mədinəm, ana Mədinəm, a Yaradan, hanı Mədinəm? Atam anasını bu yaşında da qəhərlə xatırlayırdı...

Qızım böyüyürdü, atamın sevgisi də böyüyürdü...

Bir dəfə mənə dedi ki, sən balaca Mədinəni oxşayanda elə bilirəm nənənə xoş sözlər deyirsən. Onda ürəyim açılır, üzünü görmədiyin nənənə bu qədər sevgiyə görə sənə nə qədər alğış edirəm, kaş biləydin...

Mədinə baba üçün yalnız nəvə deyildi, illərlə xatirələrdə yaşatdığı anasının özü idi elə bil...

1984-cü ilin iyulun sonlarında atam dünyasını dəyişdi. Ölümündən bir neçə gün əvvəl ağır xəstə ikən Mədinəni görmək istədi. Atam son nəfəsində nəvəsinin balaca barmağını sıxdı. Belə vidamı olurmuş, İlahi?!.

Mədinə bir nəsilin yenidən yaşam qazanmış davamı idi sanki...

Mədinə baba üçün yalnız nəvə deyildi, illərlə xatirələrdə yaşatdığı anasının özü idi elə bil...

Mədinənin taleyində baba taleyinin, nənə taleyinin izləri vardı.

Nəvə Mədinə də 1993-cü ilin oktyabrında nənəsinin taleyinə uyğun tale yaşadı: nənəsi Mədinə 1918-ci ildə ata yurdunu tərk eləməyə məcbur olmuşdu. Evi, məktəbi, yoldaşları, nağılları, düşüncələri, həyatı dəyişdi Mədinənin. Bu yaşında məcburi köçkün oldu. Qaçqınlıq ağrıları onun da dünyanı düz-əməlli dərk etməyə macal tapmamış ürəyinə yük oldu. Oxudu, soyunu-soyadını yaşada-yaşada böyüdü, babasını xəyallarında yaşada-yaşada tay-tuşları ilə nəfəs-nəfəsə böyüdü Mədinə. Özünün bəyəndiyi Bakı Slavyan Universitetini bitirdi. Bir dəfə kövrəkliklə, "Kaş babam yaşayaydı..." dedi. Uğurunu babasının da görməsini, babasını sevindirməyi arzulayırmış. O günə kimi bu haqda heç birimizə bircə kəlmə də deməmişdi, bəlkə də demək istəməmişdi...

Böyük arzularla yaşadı Mədinə. 2006-cı ildə ailə həyatı qurdu. Bu ailə ocağı bir çıraq kimi işıq saçmağa başladı.

Ailənin dirəyi, ocağın işığı oldu. Mərifətiylə,  mədəniyyətiylə, insanlara sevgisiylə, ulularına qədərsiz sədaqətiylə böyümüşdü Mədinə. Evin xanımı idi, qonaqlarına həmişə könül süfrəsi açır. Mədinənin qonaqpərvərliyi sadəcə çay süfrəsi açmaqla bitmir - o, insanlara könül süfrəsi açır. Geniş ürəkli, saf niyyətli Mədinəmiz hamının, onu tanıyanların hamısının əzizi idi. Həyat yoldaşı Rəşadın əzizlərini doğma bilir.

Mədinə alitəhsillidir, Mədinə geniş dünyagörüşə malikdir, Mədinə milli-mənəvi dəyərlərimizə yaxşı bələddir, ailəni ömrünün kiçik dünyası bilənlərdəndir, davranışları, qərarları, münasibətləri dağ səssizliyidi, bulaq, çeşmə saflığıdı, ağac kölgəsidi sanki. Obrazlı şəkildə desək, xarakteri daş kimi möhkəmdir, bulud kimi yumşaqdır, ədalət sevəndir, haqsızlıq qarşısında geri çəkilməyəndir, Zərdüşt panteonunu yaşadanlardandır: yaxşı (xeyirli, dürüst) söz, yaxşı (xeyirli, dürüst) davranış, yaxşı (xeyirli, dürüst) yol. Belə yeniyetmələşdi, belə gəncləşdi Mədinə, arzuladığım övlad kimi formalaşdı...

Mədinə zəhmətsevər insandır, zəhmət onun üçün yük deyil, yaşam tərzidi. Bəlkə də atamın ara-sıra dedikləri də Mədinənin yaddaşında qalıb: Zəhmət ömür deməkdi, zəhmətsiz ömür özülsüz divar kimidi. Zəhməti illərinizin, illərinizi ömrünüzün özülü bilin. Uşaq olsam da anam məni belə böydürdü, ay bala...

Mədinə ədəbiyyatımızı da sevirdi (sevir), tariximizi də. Mən Birinci Qarabağ müharibəsinin iştirakçısıyam. Zəngilanda tabor komandiri olmuşam. İşğala kimi bu taborun tərkibində düşmənlərə qarşı vuruşanların sırasında olmuşam. Mədinə məndən həmişə o döyüşlər haqqında soruşardı, mövqe qələbələrimizə görə illər sonra olsa da, sevinərdi, məğlubiyyətlərimizə görə qəhərlənərdi. Şəhidlikdən, şəhidlərdən söz düşəndə kirpikləri nəmlənərdi.

Mədinə Vətəni sevib, sevir. Övladlarını da belə böyüdüb. Vətəni "Vətəni sevin" demədən sevdirib. Övladları bu sevgi ilə yaşa dolub, Mədinənin arzularının yaşıdı olub. Mədinə nənəni görməsə də ona elə gəlir ki, övladları atasının atasına da bənzəyir, atasının nənəsinə də. Ruhun bölünməzliyi var axı. Həm də ömürləşən illərdən dünənlərə baxanda görünənlərin xatirə kaftanının doğmalığına kövrəlirsən. Mədinənin də kövrəldiyi belə anlar, belə günlər çox olub. Hərdən atamla xəyalən kəlmələşib də, ona sorğular da ünvanlayıb: Mədinə nənənin ruhuna yaraşan ömür yaşayırammı, baba? Əsaslı, əsassız gümanlarım deyir ki, atamın əlləri xəyalən onun ipəcik tellərinin sığalına dönüb...

Mədinənin böyük oğlu Ramal Azərbaycan Diplomatiya Akademiyasında hüquq fakültəsində oxuyur. Kiçik oğlu Malik həmin akademiyada iqtisadiyyat ixtisası üzrə təhsil alır. Evin sonbeşiyi Nərgiz 9-cu sinifdə oxuyur. Hərdən Mədinədən soruşur ki, ay ana, sən Mədinəyəmi çox oxşayıram, yoxsa atanizin nənəsi Mədinəyəmi? Mədinə gülümsünür, Mədinə nənəm haqqında qızına danışdıqlarını xatırlayır, mənim atamı xatırlayır, Mədinə adının yeni yaşamını xatırlayır: Baba deyirdi ki, sən Mədinə nənənə oxşayırsan. Onda sən mənə oxşamaqla Mədinə nənəyə də oxşayırsan, qızım. Nənəmizin də, babamızın da ruhu şad olsun...

Mən bir babanın yaşantılarını, bir babanın niyyətini, gerçəkləşən istəyini, bir nəvənin bu istəyi dürüstlüklə, istiqanlılıqla, səmimiyyətlə, sədaqətlə doğrultduğunu xatırladım, bir oğul olaraq, bir ata olaraq yaşadıqlarımı yaşatmaq istədim. Ata sevgisinə görə, övlad sevgisinə görə...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:278
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Oktyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri