Nənə nəvəsini başmaq ilə vurduğuna görə 4 il həbs cəzasına məhkum edildi
Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Axşam saatlarında nəvəsi Asiyə Vuralın küçəyə çıxmasına icazə verməyən nənə Asiyə Kaytan başmaqdan silah kimi istifadə etdiyi üçün 4 il 2 ay həbs cəzası alıb.
Sfera.az bildirir ki, hadisə 2024-cü il avqustun 9-da Dənizli şəhərində baş verib. 80 yaşlı nənəsi Asiye Kaytanla birlikdə yaşayan 18 yaşlı nəvəsi Asiye Vural axşam saatlarında işdən sonra gəzintiyə çıxmaq istəsə də, nənəsi qapını kilidləyib. Qız çölə çıxmaq istəsə də, qadın onun əlinə başmaq ilə dəyib. Cavabında o, telefonla nənəsinin başına vurub və nəticədə xəstəxanaya yerləşdirilib.
Tərəflər heç bir iddia irəli sürməsələr də, Baş Prokurorluq özü işə qarışaraq nənəni qanunsuz olaraq silahdan istifadə etməklə azadlıqdan məhrum etmədə təqsirli bilib. Cinayət işi üzrə məhkəmədə qaldırılan iddiada məhkəmə qadının 14 ilə qədər azadlıqdan məhrum edilməsini istəyib.
Eyni zamanda məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Qadının vəkili məhkəmənin qərarından apellyasiya şikayəti verməyi planlaşdırır. Asiye Kaytanın özü isə bir daha heç vaxt başmaq götürməyəcəyini bildirib.
Aynil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 05 Aprel 2025 22:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















