Icma.az
close
up
RU
Neokolonializmin iqlim dəyişmələrinə təsiri məsələsi dünya siyasətinin gündəliyinə gətirilib ŞƏRH AZƏRTAC

Neokolonializmin iqlim dəyişmələrinə təsiri məsələsi dünya siyasətinin gündəliyinə gətirilib ŞƏRH AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində Prezident İlham Əliyevin zaman etibarilə kiçik, mahiyyətcə dərin olan nitqi bir neçə prinsipial məsələ baxımından dünya siyasətinin gündəliyinə keçdi, mövcud problemlərin həllində yol göstərdi. Hər şeydən əvvəl, kiçik ada dövlətlərinin yanında olduğunu göstərən Azərbaycan onların beynəlxalq aləmdə haqq səsinin eşidilməsinin vacibliyini bildirdi. Bu o deməkdir ki, ölkələrin ərazisinin kiçikliyi, əhalisinin sayının azlığı onların səsinin boğulması olmamalı, müstəmləkə keçmişi olan dövlətlər onlara maddi və texniki yardım etməlidirlər. Azərbaycan kiçik ada dövlətlərinə yardım etməklə bir çox ölkələrə nümunə olub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib.

O bildirib ki, Ermənistan tərəfindən ərazilərinin işğalının nəticələrindən əziyyət çəkməsinə və işğaldan azad edilmiş ərazilərini təkbaşına bərpa etməsinə baxmayaraq, Azərbaycan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaqdan ötrü yardım göstərib, su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək verib, onlar üçün kadrlar hazırlayıb. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramından yararlanıb.

Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə Azərbaycanın 80-dən çox ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərdiyini vurğulayan Musa Qasımlı əlavə edib: “Özünün ehtiyacı olmasına baxmayaraq, Azərbaycan dövləti Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırır. Bu, Azərbaycanın böyüklüyüdür və siyasətinin mahiyyətini açır.

Dövlətimizin başçısı nitqində beynəlxalq münasibətlər tarixində ilk dəfə olaraq neokolonializmin iqlim dəyişmələrinə təsiri məsələsini dünya siyasətinin gündəliyinə gətirdi. Bu gün neokolonializm siyasətinin başında gələn Fransa və Niderland kimi ölkələrin dəniz ərazilərinin əhalisinin səsi metropoliyalardakı rejimlər tərəfindən susdurulur. Fransa Polineziyasının və Yeni Kaledoniyanın müstəmləkəçilikdən xilas olmaq prosesi 70 ildən çoxdur yubanır. Fransanın bu əraziləri nüvə silahlarının sınağı meydanına çevirməsi nəticəsində torpaq və suyun zəhərlənməsi və radiasiya səviyyəsi artıb. Bu, həm ətraf mühitə, həm də insanlığa qarşı ağır cinayətdir.

Fransanın belə cinayətkar siyasəti korrupsiyaya uğramış, siyasi riyakarlığın təcəssümü olan Avropa Komissiyası, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənilməyib. Dövlətimizin başçısının Fransadakı bütün siyası məhbusların dərhal azad olunmasını tələb etməsi isə ciddi bir tələb və çağırış idi. Bütün bu cinayətlər Avropa Komissiyasının sədr müavini Cozef Borrelin bağ adlandırdığı Avropanın özünü demokratik hesab edən ölkəsi Fransada baş verir. Avropanı bağ, dünyanın qalan hissəsini cəngəllik adlandıran bu şəxsin dedikləri dünya siyasətinin “kimlərin əlində qaldığını” aydın göstərir. Belə düşüncə sahiblərinin rəhbərlik etdikləri təşkilatlarla birgə addımlamağa dəyərmi? Cavabını dövlətimizin başçısı özü verdi: “Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2024 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see512

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see232

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see226

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see180

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see155

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see148

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see144

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see142

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see140

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri