Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Nepal Prezidenti COP29dan danışdı

Nepal Prezidenti COP29dan danışdı

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Özünəməxsus təbii resursları və mədəni irsi ilə tanınan Nepal iqlim dəyişikliyi ilə əlaqəli bir sıra çətinliklərlə üzləşir.

Lent.az xəbər verir ki, Nepal Prezidenti Ram Çandra Paudel Trend-ə müsahibəsində dayanıqlı inkişafa baxışını, adaptasiya yollarını və daha yaxşı gələcək naminə beynəlxalq səviyyədə əməkdaşlıq perspektivlərini bölüşüb.

O qeyd edib ki, Nepal Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) tərəfi kimi bu gün Azərbaycanda işə başlayan COP29-a böyük əhəmiyyət verir.

“İqlim dəyişikliyi bəşər sivilizasiyası, mədəniyyəti, eləcə də, ana torpaq üçün artan təhlükə yaratdığından, biz indi bəşər tarixində həlledici mərhələdəyik. Vəziyyətin ciddiliyi ondan ibarətdir ki, BMT bu yaxınlarda hamımızı xəbərdar etdi ki, hazırkı iqlim böhranını həll etmək üçün müvafiq tədbirlər görməsək, bu əsrin sonuna qədər temperatur 3,1°C yüksələ bilər.

Dünya təşkilatının mesajı səsli və aydındır: dünya hazırda iqlim böhranının ortasındadır və biz hamımız bunun nəticələrini yumşaltmaq üçün birlikdə səy göstərməliyik. Bununla əlaqədar olaraq, burada qeyd etmək yerinə düşər ki, Nepal “Yaşıl Dünya üçün Həmrəylik” prinsipinə uyğun olan yol xəritəsi üzərində COP Üçlüyünün Sədrlikləri ilə işləmək öhdəliyi götürüb. Nepal, həmçinin, COP29-un Bakıda uğurla keçirilməsinə tam dəstəyini ifadə edir”, - deyə o bildirib.

Nepalın COP29 üçün prioritetləri

Paudel bildirib ki, COP29 həm də Nepal üçün öz mövqeyini təqdim etmək üçün bir fürsətdir.

“Mən konfransda iqlim fəlakətləri ilə bağlı məsələlərə dair mövqeyimizi qəti şəkildə bəyan edəcəyəm, həmçinin, COP-dan texnoloji və adaptiv həllər tələb edəcəyəm. Biz onlara müraciət etməliyik, çünki Nepalda son vaxtlar aramsız yağışlar və daşqınlar 200-dən çox insanın həyatına son qoyub və infrastruktura böyük ziyan vurub. Təbii fəlakət ən az inkişaf etmiş və dənizə çıxışı olmayan bir ölkəyə milyonlarla dollara başa gəlib!” - Nepal Prezidenti bildirib.

O əlavə edib ki, qlobal istiləşmə nəticəsində dağlarda qar əriyir:

"Buzlaqlar parçalandı, böyük dağıntılara səbəb oldu və aşağı axınlarda yaşayan insanlar üçün ciddi təhlükə yaratdı. Biz başa düşməliyik ki, dağlıq bölgələrin üzləşdiyi böhran qlobal problemdir. Əslində, bölgənin əsas şirin su mənbəyi olan əzəmətli Himalay dağları ilə bərəkətli olan Nepal iqlim dəyişikliyinə yüksək həssaslığına görə Yaşıl İqlim Fondunun xüsusi diqqətinə layiqdir. Nepal, həmçinin, iqlimlə bağlı mövcud problemlərin həllində məhdud resurslarla da olsa, səy göstərdiyinə görə xüsusi diqqətə layiqdir. Yaşıl İqlim Fondunun səxavəti həlledici rol oynanır, çünki Nepal artıq 2045-ci ilə qədərkarbon neytrallığı və 2050-ci ilə qədər mənfi karbon tullantıları kimi iddialı iqlim dəyişikliyi hədəflərinə doğru getməyə başlayıb".

Prezident bildirilib ki, bundan başqa, Nepal 2030-cu ilə qədər meşə örtüyünü 45 faizə çatdırmağı öhdəsinə götürüb və buna artıq nail olunub:

"Buna görə də Nepalın hazırda iqlim maliyyəsi üçün səxavətli dəstəyə, eləcə də, Nepalın iqlimə davamlı gələcəyə keçidi üçün vacib olan öz potensialını artırmaq üçün qabaqcıl texnoloji "nou-hau"ya ciddi ehtiyacı var. Bu fonda “maliyyə konfransı” olaraq da adlandırılan COP29 üçün əsas gözləntilərimiz iqlim dəyişikliyinin azaldılması və öhdəliklərin genişləndirilməsi yolu ilə uyğunlaşma üçün vəsaitlərin səfərbər edilməsindən ibarətdir. Eyni zamanda, vəsaitlərin ehtiyacı olan ölkələrə ağıllı və rəvan şəkildə paylanacağını gözləyirik".

COP29-da ada dövlətləri üçün iqlim maliyyəsinin təmin edilməsi

Paudel hesab edir ki, iqlim dəyişikliyinə ən həssas olan kiçik və resurs baxımından yoxsul ölkələr iqlim ədalətinə layiqdirlər:

"Səbəb odur ki, bu ölkələr karbon emissiyalarına ən az cavabdeh olsalar da, ən çox əziyyət çəkənlərdir. Məsələn, mənim ölkəmlə bağlı ironiya ondan ibarətdir ki, Nepal istixana qazları emissiyasına cüzi töhfə versə də, iqlim dəyişikliyi fenomeninin əsas qurbanına çevrilib! "The Climate Risk" Nepalı ən çox zərər çəkən 10-cu ölkə kimi təsnif edib. Kənd təsərrüfatı məhsullarının azalması, daxili miqrasiya, şirin su ehtiyatlarının tükənməsi, biomüxtəlifliyin itirilməsi, strateji infrastrukturun zədələnməsi, torpağın keyfiyyətinin pisləşməsi ilə yanaşı,hər il yaşanan insan tələfatı tkimi iqlim dəyişikliyinin təsiri ölkənin hər tərəfində özünü göstərir".

Bu kontekstdə Paudel hesab edir ki, Nepal və digər ən az inkişaf etmiş və ada ölkələri üçün iqlim maliyyə sistemi ilə bağlı narahatlıqlarını bildirmək çox vacibdir.

"Vəsaitlərin hərəkət mexanizmi sadə, əsaslı və sürətli olmalıdır. Biz hesab edirik ki, fond qrantlar şəklində olmalı və tanınmış milli büdcə sistemi vasitəsilə bölüşdürülməlidir. Zərər çəkmiş inkişaf etməkdə olan ölkələrin daha çox əziyyət çəkməməsi üçün İtki və Zərər Fondunda artım görmək istərdik:

Üzərində düşünməli olduğumuz başqa bir cəhət dağ və dəniz ekosistemləri arasındakı əlaqədir. Onların səbəb-nəticə əlaqəsi fonunda, dağ buzlaqlarının əriməsi sahil ekologiyasına xətti və ardıcıl təsir göstərdiyinə görə, ən az inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri institusional şəkildə əlaqələndirmək vacibdir. COP29 Sədrliyi İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri üçün maliyyələşdirmə elan etməsi ilə indi bu məsələ ilə bağlı hərəkətə keçməyin vaxtıdır. Mən bütün maraqlı tərəflərin diqqətini bu aktual mövzuya cəlb etməyə çalışacağam. Şəxsən mən inanıram ki, ən az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini bir araya gətirmək iqlim dəyişikliyinə qarşı ittifaqı gücləndirməyə kömək edəcək".

İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu

Paudel qeyd edib ki, Nepal Azərbaycanın təklif etdiyi İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması ideyasına müsbət yanaşır.

"Hesab edirik ki, məqsədlərimizə çatmaq üçün vəsaitin səmərəli bölüşdürülməsi vacibdir. Mən istərdim ki, fondun mexanizmi sadə, asan əlçatan, həssas ölkələrin prioritetləri və ehtiyaclarına uyğun olsun", - deyə o bildirib.

"Yaşıl" enerjinin inkişafı sahəsində əməkdaşlığın perspektivləri

Paudel bildirib ki, Nepal və Azərbaycan arasında "yaşıl" enerjinin inkişafı sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi perspektivləri var.

"İki ölkə xüsusilə bərpa olunan enerji mənbələrinin inkişafı və təbii ehtiyatların işlənilməsi sahəsində təcrübə mübadiləsi apara bilər. Nepal hazırda təmiz enerji istehsalı və istifadəsində yaxşı nəticələr əldə etdiyi üçün öz təcrübəsini Azərbaycanla bölüşə bilər. Eynilə, Azərbaycan təbii sərvətlərdən - əhəngdaşı, mis filizləri, sink, dəmir və s. uğurla istifadə edir. Onun bu sahələrdə təcrübəsi bu təbii sərvətlərə sahib olan Nepala çox kömək edə bilər. Bu cür ikitərəfli öhdəliklər bilik və texnologiyanın ötürülməsi ilə birlikdə əməkdaşlığın digər sahələrində onları bir-birinə daha da yaxınlaşdıra bilər", - deyə Nepal Prezidenti bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 Noyabr 2024 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see601

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see575

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see573

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see483

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see444

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see384

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see378

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see369

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see338

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see331

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see329

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see323

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see315

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see312

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see310

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see302

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see302

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see300

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see290

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see286
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri