Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 27 sentyabr, AZƏRTAC
Nepalın Nar Phu rayonundakı Himlung Himal dağında (7126 metr) baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb. Pis hava şəraiti helikopterlərin zirvəyə çatmasına mane olur və yerüstü xilasetmə işlərini qeyri-mümkün edir.
AZƏRTAC xəbər verir ki, bu barədə "The Kathmandu Post" qəzeti məlumat yayıb.
İtkin düşənlərin hamısı Nepal komandasının üzvləri idi. Onlar düşərgəni xarici turistlərin gəlişi üçün hazırlamaq, marşrutu təmizləmək və ipləri bərkitmək üçün əvvəlcədən getmişdilər. Əcnəbilərin beş-altı gün ərzində gəlməsi gözlənilirdi.
Xilasetmə əməliyyatının başlaması hava şəraitinin yaxşılaşmasından asılıdır.
Bu mövzuda digər xəbərlər:Nepalda qar uçqunu nəticəsində 15 nəfər itkin düşüb
03 Noyabr 2025 18:49
Nepalda qar uçqunu olub
27 Sentyabr 2026 15:31
Nepalda alpinistlərin düşərgəsinə qar uçqunu düşdü
27 Sentyabr 2026 11:31
Nepalda dağıdıcı daşqın: Təxminən 1500 nəfər itkin düşüb
27 Avqust 2026 13:34
Nepalda qar uçqunu: 7 ölü, 5 yaralı
04 Noyabr 2025 11:33
Baxış sayı:91
Bu xəbər 27 Sentyabr 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















