Nepalda su elektrik stansiyasının tunelində daha bir neçə nəfər qalıb
Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Yaxınlığımızda yalnız üç-dörd nəfər var idi ki, onlarla səslə və ya siqnalla əlaqə saxlaya bilirdik"
Ölkənin şimalında baş verən böyük sürüşmədən sonra axtarış əməliyyatının onuncu günündə Nepalda bir su elektrik stansiyasının tunelindən xilas edilmiş bir şəxs yaxınlıqdakı daha bir neçə insanın yerini bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə “The Kathmandu Post” qəzeti məlumat yayıb.
İçəridə hələ də neçə nəfərin ola biləcəyi soruşulduqda, Sanjay Sah səsləri eşitdiyini və ya yaxınlıqdakı üç-dörd nəfərlə əlaqə saxladığını bildirib: "Yaxınlığımızda yalnız üç-dörd nəfər var idi ki, onlarla səslə və ya siqnalla əlaqə saxlaya bilirdik".
Sah həmçinin turbin zalı da daxil olmaqla, tuneldə daha çox insanın ola biləcəyi fikrini i irəli sürüb: "Bu mümkündür. Hamı xilas edilməyib. Tunel çox uzundur. Güclü su axını insanları tunelin daha dərininə apara bilər”.
Sah cümə günü Nuwakot rayonunda tikilməkdə olan “Trishuli 3A” su elektrik stansiyasının tunelində sağ tapılan iki kişidən biridir. O bildirib ki, qəzadan sonra hər kəsi qaçmağa çağırıb, lakin özü qaça bilməyib. Katmandudan olan digər bir işçi Kabir Maharjan həmin gün tuneldən sağ xilas edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 04 Sentyabr 2026 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















