Icma.az
close
up
RU
Nəqliyyat dəhlizindən iqtisadi dəhlizə

Nəqliyyat dəhlizindən iqtisadi dəhlizə

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın iqtisadi siyasətində Mərkəzi Asiyanın önə çıxmasını Prezident İlham Əliyevin iqtisadi modelinin növbəti mərhələsi kimi qiymətləndirmək lazımdır. Məqsəd sadəcə Mərkəzi Asiya ölkələri ilə ticarəti artırmaq deyil. Azərbaycanı Avropa–Cənubi Qafqaz–Mərkəzi Asiya–Çin iqtisadi zəncirinin əsas qovşaqlarından birinə çevirməkdir.

Azərbaycanın coğrafiyası tarixdə ilk dəfə bu qədər böyük iqtisadi aktivə çevrilir. Mərkəzi Asiya ölkələrinin dünya okeanına birbaşa çıxışı yoxdur. Avropaya və Türkiyəyə alternativ çıxışlarının ən real istiqamətlərindən biri Xəzər–Azərbaycan–Gürcüstan/Türkiyə xəttidir. Azərbaycan da Çinlə quru əlaqəsini faktiki olaraq Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri vasitəsilə qurur. Mərkəzi Asiya iqtisadiyyatları sürətlə böyüyür: 2025-ci ildə 6,9% böyüyüb, 2026-cı ildə təxminən 5,6%, 2027-ci ildə isə 5,3% artım gözlənilir. Yəni Qazaxıstan və Özbəkistanın ixracı artdıqca Azərbaycanın limanına, dəmir yoluna, gəmiçiliyinə və logistika xidmətlərinə tələb də artır. 

Orta Dəhliz sadəcə Tranzit layihəsi olmaqdan çıxaraq İqtisadi dəhlizə çevrilməkdədir. Dünya Bankının hesablamasına görə düzgün investisiyalar, logistika və gömrük islahatları həyata keçirilsə, 2030-cu ilədək Orta Dəhliz üzrə yük axınlarını üç dəfə artırmaq və daşınma müddətini təxminən yarıya endirmək mümkündür. Bank həmçinin Azərbaycan–Gürcüstan–Qazaxıstan arasındakı regional ticarətin 37%, onların Aİ ilə ticarətinin isə 28% artması potensialını göstərir.  Azərbaycan üçün əsas gəlir də yalnız vaqonun ölkədən keçməsinə görə tarif deyil. Liman, anbar, logistika mərkəzləri, sığorta, bank xidmətləri, gəmiçilik, gəmi təmiri, yük konsolidasiyası və Ələt Azad İqtisadi Zonasında istehsal daha böyük əlavə dəyər yarada bilər.

Qısa desək, XX əsrdə Mərkəzi Asiyanın Azərbaycan üçün əhəmiyyəti əsasən tarixi-mədəni idi. XXI əsrin yeni mərhələsində isə Mərkəzi Asiya Azərbaycanın iqtisadi coğrafiyasını dəyişdirən, genişləndirən əsas amillərdən birinə çevrilir.

Əsas görünən məsələ isə odur ki, Azərbaycan tranzit ölkəsi olmaqla kifayətlənməyəcəkdir. Əgər Orta Dəhliz ətrafında istehsal, emal, logistika, maliyyə, rəqəmsal xidmətlər və enerji ticarəti klasterləri yaradılsa, Mərkəzi Asiya istiqaməti Azərbaycanın post-neft iqtisadi modelinin əsas sütunlarından birinə çevriləcəkdir.

Tahir Mirkişili

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Avqust 2026 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see981

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see447

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see349

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see268

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see256

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see254

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see246

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see235

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see225

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see208

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see204

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see197

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see195

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see192

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see191

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see189

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see185

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see183

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see180

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri