Icma.az
close
up
RU
Nəqliyyat ekspertindən Bakıda tıxaca son qoyacaq maraqlı TƏKLİF

Nəqliyyat ekspertindən Bakıda tıxaca son qoyacaq maraqlı TƏKLİF

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi və Azadlıq prospekti səhər saat 08:00-10:00 və axşam saat 18:00-19:00-dan sonra demək olar ki, iflic vəziyyətinə düşür. "Azadlıq" metrostansiyasından başlayaraq bu ərazilərdə həm şəxsi avtomobillər, həm də avtobuslar hərəkət edə bilmir. Tıxacın intensivliyi yalnız hərəkəti yavaşlatmır, eyni zamanda sərnişinlərin və sürücülərin vaxt itkisinə səbəb olur. Bu vəziyyət ictimai nəqliyyatın səmərəliliyini də məhdudlaşdırır, çünki həmin ərazilərdə avtobus zolağı yoxdur. Belə olan halda, tıxacın qismən azaldılması üçün hansı addımlar atıla bilər və həmin ərazilərdə avtobus zolağı salmaq texniki və praktiki baxımdan mümkün olub-olmadığı mühüm sual kimi qalır.

Mövzu ilə Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, o ərazidən özü də tez-tez istifadə edir.

"O cür yollarda avtobus zolağı heç olmasa yaxşıdır. Orada yalnız pik vaxtlarda tıxacın qismən qarşısını almaq üçün reversiv işıqforlardan istifadə etmək lazımdır. Reversiv işıqfor nə deməkdir? Yolun ortasında, yuxarıda yerləşən və hərəkət istiqamətinə görə zolaqları dəyişən işıqfor sistemidir. Bizdə, Azərbaycanda bu istifadə olunmur. Qayda-qanunda olsa da, reallıqda yoxdur. Məsələn, qonşu ölkəyə, Rusiyaya baxsaq, orada bu svetoforlardan istifadə edirlər. Mən orada uzun müddət yaşamışam. Böyük prospektlərdə, səhər saatlarında şəhərə tərəf tıxac olarsa, işıqfor bir tərəfə giriş qadağandır, digər tərəfə isə ox işarəsi göstərir. Yəni, dörd zolaqlı yolda ikisi gedən, ikisi gələn hərəkət üçün nəzərdə tutulur, tıxac olan tərəfə üç zolaq ayrılır və bu qismən tıxacın qarşısını alır. Digər tərəfdə isə yəni, tıxac olmayan yolda bir zolaq qalır. Axşam pik vaxtında isə əks istiqamətdə, məsələn, şəhərdən Binəqədiyə gedən yolda bir zolağın əlavə edilməsi tıxacın qarşısını qismən də olsa ala bilər".

Ekspert təklif edir ki, reversiv işıqforlardan böyük prospektlərdə və bütün yollara tətbiq etmək lazımdır.

"Təəssüf ki, bizdə istifadə olunmur. Əksinə, avtobus zolaqları, velosiped zolaqları və gələcəkdə skuter zolaqları şəhərdə hərəkəti çətinləşdirə bilər. Günü-gündən tıxaclar artır və yollar iflic vəziyyətinə düşür. Bunun səbəblərindən biri də odur ki, bütün məktəblər, ali məktəblər və iş vaxtları eyni saatda başlayır. Bunu müəyyən saatlara bölmək mümkündür: məsələn, 7-dən başlayaraq 7, 8, 9, 10 və 11-ə qədər müxtəlif saatlarda dövlət qurumları bir saatlıq, özəl sektoru bir saatlıq, məktəbləri isə fərqli vaxtlarda başlada bilərik. Eyni zamanda, məktəblərdə münasib qiymətli avtobus xidmətləri təşkil edilsə və valideynlər uşaqları taksi ilə aparmasalar, ictimai nəqliyyatdan istifadə etsələr, tıxacların qarşısını qismən də olsa almaq mümkün olar", - deyə Adil Nəbiyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Sentyabr 2025 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri