Icma.az
close
up
RU
Nərgiz Attar: Qarabağ Zəfərinin İstanbulda qeyd edilməsinə vəsilə olduğum üçün xoşbəxtəm AZƏRTAC

Nərgiz Attar: Qarabağ Zəfərinin İstanbulda qeyd edilməsinə vəsilə olduğum üçün xoşbəxtəm AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İstanbul, 21 noyabr, Günel Karatepe, AZƏRTAC

“İstanbulun möhtəşəm səhnələrindən biri olan Sureya Operasında keçirilən “Dədə Qorqud” kamera orkestrinin konserti bizim Qarabağ Zəfərinin ildönümünə həsr olunan ikinci proqramımızdır. Bir azərbaycanlı olaraq bu tədbir mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünkü mənim özüm də Qarabağlı ailənin övladıyam. Nənəm ağdamlıdır və Ağdamın həsrəti ilə həyata gözlərini yumdu. Bu baxımdan Qarabağ Zəfərinə ithafən keçirilən tədbirin təşkilatçılığını etmək mənim üçün bir mənəvi borcdur. Bu, mənim üçün nənəmin xatirəsini yaşatmaqdır və bundan çox xoşbəxtəm”.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində konsertin təşkilatçısı Mədəniyyətlərarası Əlaqə Dərnəyinin sədri, Azərbaycanəsilli vəkil Nərgiz Attar ifadə edib. Qardaş ölkə Türkiyədə bu kimi tədbirlərin keçirilməsinin onda fərqli hislər doğurduğunu qeyd edən müsahibimiz deyib: “Bu tədbirlərlə insanlar Qarabağlın azadlığa qovuşması Zəfərini təkrar xatırlayır, onun coşğusunu yaşayır, Azərbaycanın sevincini bölüşürlər. Dünyaşöhrətli fleyta ustası, Türkiyənin Dövlət solisti Şəfiqə Kutluer və dirijor, Xalq artisti Yalçın Adıgözəlov kimi olduqca məhşur sənətkarlarla belə tədbirlərin keçirilməsi isə insanı daha da qürurlandırır”.

Türkiyədə, xüsusilə İstanbulad turistlərin sayının çox olduğunu xatırladan vəkil bildirib ki, bu baxımdan belə mərasimlər Qarabağ Zəfərini daha geniş ictimaiyyətə çatdırmaq imkanı da verir: “Bir qarabağlı olaraq Zəfərimizi burada təkrar qeyd edilməsinə vəsilə olduğum üçün özümü olduqca xoşbəxt və qürurlu hiss edirəm. Qarabağın azadlığı uğrunda canından keçən şəhidlərimizə rəhmət diləyir, qazilərimizə isə təşəkkür etmək istəyirəm”.

Qeyd edək ki, Mədəniyyətlərarası Əlaqə Dərnəyi bundan əvvəl azərbaycanlı caz pianoçu, Əməkdar artist Şahin Növrəslinin Ankarada Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestri Salonunda konsertinin keçirilməsinə maddi dəstək göstərib, dünyanın aparıcı mətbuat qurumlarının nümayəndələrinin işğaldan azad olunmuş Azərbaycan torpaqlarına səfərini təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri