Icma.az
close
up
RU
Qarabağ Zəfərinin ildönümü münasibətilə İstanbulda keçirilən futbol turnirinin qalib komandası mükafatlandırılıb AZƏRTAC

Qarabağ Zəfərinin ildönümü münasibətilə İstanbulda keçirilən futbol turnirinin qalib komandası mükafatlandırılıb AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İstanbul, 17 noyabr, Günel Karatepe, AZƏRTAC

Vətən müharibəsində Zəfərin 4-cü ildönümü münasibətilə İstanbulda azərbaycanlı tələbələr arasında keçirilən futbol turniri başa çatıb.

AZƏRTAC xəbər verir ki, turnir Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) dəstəyi ilə Türkiyənin Yıldız Texniki Universiteti tərəfindən təşkil olunub.

Turnirin qaliblərinin mükafatlandırılması mərasimində Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib, iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib.

Sonra TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə qalib komandanın üzvlərini təbrik edib və “Xocavənd” komandasına “Zəfər Kuboku”nu təqdim edib. Turnirdə iştirak edən digər komandalara isə sertifikatlar təqdim olunub.

Turnirdə iştirak edən azərbaycanlı gənclər bu gözəl təşəbbüsə görə təşkilatçılara minnətdarlıqlarını bildirərək, belə idman tədbirlərinin mütəmadi keçirilməsini arzu ediblər.

Xatırladaq ki, oktyabrın 30-dan start götürmüş turnirə qatılan komandalar işğaldan azad edilmiş ərazilərimizin şərəfinə “Xocavənd”, “Xocalı”, “Xankəndi”, “Zəngilan”, “Cəbrayıl”, “Ağdam, “Laçın”, “Şuşa”, “Füzuli” və “Zəngilan” adlandırılıb.

İlk görüş “Xankəndi” və “Füzuli” komandaları arasında baş tutub. Turnirin final oyunu isə 8 Noyabr – Zəfər Günündə baş tutub. Həlledici qarşılaşmada “Şuşa” və “Xocavənd” komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyunda “Xocavənd” komandası qələbə qazanaraq, “Zəfər Kuboku”nun sahibi olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2024 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see300

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see195

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see195

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see190

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see183

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see182

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see159

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see152

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see139

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see129

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see126

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see122

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri