Icma.az
close
up
RU
Nərgiz Əliyarova: Azərbaycan musiqisini gücüm çatdığı qədər bütün dünyada tanıtmağa çalışıram

Nərgiz Əliyarova: Azərbaycan musiqisini gücüm çatdığı qədər bütün dünyada tanıtmağa çalışıram

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vaşinqton, 3 noyabr, AZƏRTAC

ABŞ-ın Nyu-York şəhərində yaşayan Azərbaycanın Əməkdar artisti, pianoçu, professor, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı Nərgiz Əliyarovanın AZƏRTAC-a müsahibəsini təqdim edirik.

- Nərgiz xanım, piano ilə ilk dəfə necə tanış oldunuz?

- İlk dəfə piano arxasına keçəndə beş yaşım var idi. O vaxt hələ hər şey oyun kimi görünürdü, amma içimdə qəribə bir əminlik vardı - bilirdim ki, piano mənim həyatım olacaq. Bu hissin haradan gəldiyini indi də izah edə bilmirəm. Çünki ailəmizdə nə musiqiçi, nə də piano ilə məşğul olan biri vardı. Anam Svetlana Nəcəfova Azərbaycanın tanınmış jurnalistlərindən idi, “Qızıl qələm” mükafatını alan ilk qadındır. Amma musiqi bizim evin gündəlik hissəsi deyildi. Sadəcə, mənim üçün sanki hər şey əvvəlcədən müəyyən idi. Bu fikri heç vaxt sual altına almamışam, sadəcə bilmişəm ki, bu, mənim yolumdur.

Musiqi, doğrudan da, asan sənət deyil, xüsusilə qadın üçün. O, çox vaxt, səbir və sevgi tələb edir. Mən Bülbül adına Orta İxtisas Musiqi Məktəbini qızıl medalla bitirmişəm. Hər gün dərslərdən əlavə 5-6 saat məşq etmək lazım olurdu. Digər uşaqlar istirahət edəndə, biz piano arxasında idik. Buna ancaq musiqiyə sevgi dözə bilərdi. Əgər o sevgi olmasa, bu qədər çalışmağa səbəb tapmaq çətin olardı. Mənim üçün musiqi iş deyil — ifa edəndə, ya da dərs deyəndə sanki nəfəs alıram. Bu, mənim üçün ən təbii haldır.

Daha sonra Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyasını) “qırmızı diplom”la bitirdim. O illərin ən böyük təqaüdünə layiq görüldüm, sonra assistent-staj keçdim və elə orada müəllim kimi işləməyə başladım. Zamanla müəllimlikdən baş müəllim, dosent, professor dərəcələrinə yüksəldim. Azərbaycanın Əməkdar artisti adını qazandım, beynəlxalq müsabiqələrin laureatı oldum. 25 il ərzində Bakı Musiqi Akademiyasında dərs dedim, tələbələrlə çalışdım və bu sənəti sevdirmək üçün çalışdım.

Musiqi mənim üçün sadəcə peşə deyil, həyatımın ən təbii hissəsidir.

Nyu-Yorka köçəndən sonra həm dərs deməyə, həm də konsert fəaliyyətimi davam etdirməyə başladım. Bununla yanaşı, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətini təsis etdim. İstəyirdim ki, Azərbaycan musiqisini daha geniş auditoriyaya tanıtmaq üçün bir platforma yaransın.

– Nyu-York həyatı necə başladı, bu qərarı necə verdiniz?

- Əslində, bu qərarı daha çox övladlarım üçün verdim. İki qızım Londonda oxuyurdu - əvvəl məktəbdə, sonra universitetdə. Onların təhsillərini davam etdirmək üçün ingilisdilli bir ölkə axtarırdıq. Mən də istedadlı şəxslər üçün nəzərdə tutulmuş ABŞ vizasına müraciət etdim.

Bura köçməyimə heç vaxt peşman olmamışam. Əksinə, sanki ikinci həyat qazanmışam. Bakıda artıq professor idim, fəlsəfə doktoru elmi dərəcəm vardı, uzun illər pedaqoji və ifaçılıq fəaliyyəti ilə məşğul olmuşdum. Amma Nyu-Yorka gələndə elə bil həyat yenidən başladı. Burada anlayırsan ki, heç kim səni gözləmir, heç kim sənə hazır bir imkan təqdim etmir. Hər şeyi sıfırdan qurmaq lazım olur. Bu da insana həm məsuliyyət, həmdə güc verir, özünü daha cavan, daha hərəkətli hiss edirsən.

Bakıdan çıxanda çoxları deyirdi: “Sən burada hər şeyi qazanmısan, orada çətin olacaq”. Amma mən çətinlikdən qorxmuram. Hər zaman mübarizə aparmaq, bir məqsəd uğrunda çalışmaq mənim üçün təbii haldır.

Nyu-Yorkun öz xüsusiyyətləri var. Bura çox böyük və dinamik şəhərdir. Bakıdakı rahat mühitlə müqayisədə burada həyat daha sürətli, amma daha rəngarəngdir. Musiqi üçün saysız imkanlar mövcuddur. Sadəcə, burada təkcə musiqiçi kimi deyil, həm də təşkilatçı kimi düşünmək lazımdır. Əgər sən yalnız ifaçısansa, amma təşkilati tərəfi düşünmürsənsə, irəliləmək çətin olur.

– Nyu-York sizi musiqiçi kimi dərhal qəbul etdimi, yoxsa çətinliklərlə qarşılaşdınız?

-Əlbəttə ki, yox. İlk iki ayda başa düşdüm ki, bu şəhərdə hər şeyi öz gücünlə etməlisən. Elə o zaman Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətini yaratdım. Təxminən yarım ildən sonra cəmiyyət artıq fəaliyyətə başladı. Onun vasitəsilə çoxlu konsertlər, eləcə də beynəlxalq bəstəkarlıq müsabiqəsi təşkil etdik.

Nyu-Yorkun ən gözəl cəhətlərindən biri odur ki, burada etdiyin hər bir iş çox tez beynəlxalq səviyyəyə çıxır. Bu şəhər sanki dünya mədəniyyətinin “mərkəzi nöqtəsi”dir. Burada verdiyin bir konsertin sədası dünyanın digər qitələrinə qədər gedib çatır.

Nyu-Yorkda Karnegi Hol, Linkoln Mərkəzində, Vaşinqtondakı Kennedi Mərkəzində çıxış etmişəm. Karnegi Holun həm kiçik, həm orta, həm də böyük zalında ifa etmək mənim üçün çox dəyərli bir təcrübədir. Hər bir musiqiçi üçün bu zallar səhnə deyil, sanki bir məktəbdir.

– Dünyanın başqa şəhərlərində də konsertləriniz olubmu?

- Bəli, təxminən 50-yə yaxın şəhərdə çıxış etmişəm. İlk dəfə səhnəyə 9 yaşımda, Tbilisidə Zaqafqaziya ölkələrinin festivalında çıxmışam.

İllər ərzində çox konsertlərim olub, bəziləri çox uğurlu keçib, bəzən isə öz ifamdan tam razı qalmamışam. Məncə, bu, hər musiqiçiyə tanış hissdir. Hər dəfə səhnədən düşəndə düşünürsən. Bunu bir az fərqli edə bilərdim. Mən həmişə deyirəm ki, ən yaxşı çıxışım hələ qarşıdadır.

Musiqi bir dildir. Necə ki, hər dilin öz ifadə tərzi var, musiqinin də eynilə öz dili var. Kimsə sadə fikir deyir, kimsə eyni dildə dərin mənalar ifadə edə bilir. Musiqi də belədir, səslər vasitəsilə danışmaq. Amma bu “danışığın” mənası insanın içindən gəlir: onun duyğusundan, dünyagörüşündən, təhsilindən. Tamaşaçı səhnədə məhz bunu duyur. Bəzən ifaçı texniki baxımdan çox güclüdür, amma sən onunla emosional əlaqə qura bilmirsən. Bəzən isə bir səs səni valeh edir və bu ifadan ayrılmaq istəmirsən.

– Azərbaycan musiqisinin dünyadakı yeri barədə nə düşünürsünüz?

- Azərbaycan musiqisi həmişə xalqın ruhunun bir parçası olub. Sovet dövründə hətta qızlara cehizlik kimi piano alınırdı. Bu, musiqinin gündəlik həyatın bir hissəsinə çevrildiyinin göstəricisidir. Amma daha qədimdən də xalq musiqisi bizim qanımızdadır.

Üzeyir Hacıbəylinin dahiliyi ondadır ki, o, Azərbaycan musiqisini Avropa klassik musiqisi ilə birləşdirib. Sanki Azərbaycan ruhunu Avropa dilində ifadə edib. Bu sintez bizim musiqimizi dünya səhnəsinə çıxardı.

Konservatoriyada oxuyanda, sonra isə orada dərs deyəndə hər dəfə Üzeyir bəyin heykəlinin yanından keçərkən içimdə bir məsuliyyət hiss edirdim. Düşünürdüm ki, onun adını, musiqisini layiqincə yaşatmaq bizim borcumuzdur.

Azərbaycan musiqisinin dünyaya çıxış yolu məhz bu sintez sayəsində açıldı. Məsələn, mən “Sarı gəlin”i fortepiano üçün Rüfət Xəlilovun işləməsində ifa edirəm və bu əsər demək olar ki, hər konsertdə milliyyətindən asılı olmayaraq bütün dinləyicilərin sevimlisinə çevrilir. Bu musiqidə bir universallıq var, o, hamının qəlbinə toxunur.

– Siz konsertlərinizdə əsərləri ifa etməzdən əvvəl onların hekayəsini danışırsınız. Bunun səbəbi nədir?

- Hesab edirəm ki, musiqi haqqında bir az danışanda dinləyici ilə aranda daha səmimi bir bağ yaranır. İnsan nə dinlədiyini anlayanda musiqiyə daha dərindən qoşulur.

Məsələn, bu il oktyabrın 6-da Karnegi Holda böyük bir konsertim oldu. O, türk xalqlarının musiqisinə və Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmişdi. Konserti Üzeyir bəyin “Cəngi”si ilə açdım və tamaşaçılara 1920-ci illərdə “Arşın mal alan”ın Nyu-Yorkda başqa müəllifin adı ilə səhnəyə qoyulması hekayəsini danışdım. Bu hadisə məndə çox dərin iz buraxıb və elə bu səbəbdən onun musiqisini gücüm çatdığı qədər bütün dünyada tanıtmağa çalışıram.

Bu məqsədlə də beynəlxalq bəstəkarlıq müsabiqəsi ideyası yarandı. Birinci müsabiqəni Üzeyir bəyin musiqisinə həsr etdik, 35 ölkədən 50-dən çox bəstəkar iştirak etdi. İndi artıq beşinci müsabiqəyə start veririk. Bu yarışma sayəsində yüzdən çox yeni əsər yaranıb, onlar müxtəlif ölkələrdə ifa olunur və hər yerdə Azərbaycan mövzulu musiqi səslənir. Bu, mənim üçün sadəcə müsabiqə deyil, həm də bir körpüdür, Azərbaycan musiqisini dünyaya bağlayan bir körpü.

– Musiqi terapiyası haqqında nə düşünürsünüz?

- Musiqi, doğrudan da, insan psixologiyasına çox təsir edir. Mən bu mövzu ilə maraqlanmışam və “Şəfa konserti” adlı layihə də yaratmışam. Nyu-Yorkda “Fontaine House” adlı mərkəzdə əqli qüsurları olan insanlar üçün konsert verdim. Onların reaksiyalarını müşahidə etmək çox təsirli idi. Biz onlara hisslərini yazılı şəkildə ifadə etməyi xahiş etmişdik və hər cavabda musiqinin onları necə sakitləşdirdiyini, sevindirdiyini görmək olurdu. Bu, mənim üçün sadəcə bir tədbir yox, musiqinin insan ruhuna təsirinin canlı sübutu idi.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see226

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see220

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see219

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see213

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see196

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see192

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see192

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see181

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see179

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see175

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see168

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see168

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see164

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see160

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see155

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see147

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see143

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri