Nərgiz Əliyarova Beynəlxalq Qadınlar Gününə konsert həsr etdi FOTO
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert baş tutub.
Dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solist - Azərbaycan Respublikasının Əməkdar artisti, "National Music & Global Culture Society"-nin (Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti) prezidenti, beynəlxalq müsabiqə laureatı, fəlsəfə doktoru, professor Nərgiz Əliyarova (piano) dinləyicilər qarşısında çıxış edib. Nərgiz Əliyarova məhz bu xüsusi tədbir üçün Nyu-Yorkdan Bakıya səfər etdiyini bildirib.
Proqramda H.Berlioz "Macar marşı", L.v.Beethoven piano və orkestr üçün 3 saylı konsert c-moll (op.37), A.Dvorak "Slavyan rəqsləri" səslənib. "Bis" sədalarına bəstəkar Rüfət Xəlilovun işlənməsində xalq mahnısı "Sarı Gəlin" ifa olunub.
Musiqi nömrələri dinləyicilərə klassik sənətin dərinliyini və gözəlliyini hiss etdirib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

