Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

“Nərimanov” stansiyasından keçəndə...

“Nərimanov” stansiyasından keçəndə...

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bizim nəslin həyatında iki, bəlkə də üç Nərimanov olub. Gəncliyimiz dövründə, sovetlərin qürubunun başlanğıcınadək Nərimanovun heç bir problemi yox idi: Azərbaycan ədəbiyyatının klassiklərindən biri sayılır, ictimai-siyasi xadim kimi çox yüksək tutulurdu, bəlağəti sevənlər ona hətta "müsəlman Şərqinin Lenini” də deyirdilər. 

Amma sonradan öyrəndim ki, heç də həmişə belə olmayıb. Bunu mənə ilk dəfə babam demişdi. 

Babam təhsilli adam deyildi, amma çox gəzmiş və görmüşdü, müharibəni ilk aylardan başlayaraq Qafqazlardan Leninqrada qədər keçmişdi, hətta dava bitəndən bir-iki il sonra tərxis olunaraq qayıtmışdı kəndinə-kəsəyinə. 

Çox şeylər danışırdı babam mənə: o vaxtın Ermitrajından, hətta Ukraynada sevdiyi qadından və s. Savaşdan bəhs edən sovet filmlərinə baxanda əvvəlcə gülür, daha sonrasa əsəbiləşir və deyirdi ki, bala, dünyada almanlar kimi döyüşkən və ağıllı iki yaxud üç millət ola, ya olmaya! Deyirdi ki, döyüş başlayanda, tanklar-toplar işə düşəndə sanki Yerlə Göy birləşirdi, qarşımızda toz-torpaqdan, barıt tüstüsündən elə bil divar yaranırdı, hətta istiqaməti az qala təxmin edirdik...   

Nə isə. İndi qayıdaq əsas məsələyə - Nərimanova. Qərəz, babamın dediyinə görə, Stalinin vaxtında Nərimanovu millətçi adlandırıblarmış və onun adı demək olar ki, çəkilmirmiş.

Sovetlərin qürubu başlayanda və məşhur yenidənqurma start götürəndə ikinci Nərimanov yarandı. O vaxt hamı Stalinə və dəstəsinə tarixi alternativlər axtarırdı. Nəzərlər Kirova, bəzən Buxarinə, hətta Trotskiyə yönəlirdi, insanlar onların timsalında əsl kommunist görmək istəyirdilər.

Eyni proses milli ucqarlarda da gedirdi, o cümlədən də Azərbaycanda. Bəlı, bu minvalla Nərimanovun "ikinci qayıdışı” başlandı. Təxminən həmin illərdə onun oğlu Nəcəfə ünvanladığı məktub işıq üzü gördü və hamı onu acgözlüklə oxudu. 

Bəli, Nərimanovun insanların gözündə əsl bolşevik-kommunist kimi canlanması üçün bütün müsbət keyfiyyətləri vardı: bu adam maarifçi yazıçı idi, həqiqətən də əsl saf, prinsipial bir kommunist-bolşevik idi, ən başlıcası isə, milli dəyərlərə də biganə deyildi, millətini sevən adam idi. 

Amma sonradan bütün keçmiş İttifaqda fərqli tendensiya üstünlük təşkil etdi. İnsanlar başa düşdülər ki, "yaxşı kommunist” və "yaxşı kommunizm axtarmaq” bekara və mənasız işdir, kommunizmin və kommunistlərin süqutu ilə barışmaq, dünyaya baxmaq, daha müasir və mütərəqqi, daha faydalı şeyləri götürmək lazımdır, necə ki, bir məsəldə deyilir: bir çaya iki dəfə girmək olmur...

Bu tendensiya Nərimanov üçün də təsirsiz sovuşmadı. Ona münasibət soyudu və o, növbəti inkar dövrünü yaşamalı oldu. 

Amma bu proses çox çəkmədi, insanlar ilk demokratik dalğadan məyus olandan sonra yenə də nəzərlər "daha anlaşıqlı” tarixi fiqurlara yönəldi. 

Bəli, Rəsulzadəçi, Topçubaşovçu ola bilməyən, hətta Xoyski kimi təmiz və prinsipial adamı dəyərləndirmək iqtidarında olmayan post-sovet Azərbaycanının cəmiyyəti yenidən Nərimanova sadaladığım adamlardan daha isti və səmimi münasibət göstərməyə başladı. 

Düzdür, Azərbaycanda Rusiyada olduğu kimi güclü kommunist partiyası-filan yaranmadı, amma bir faktla hesablaşmaq lazım gəldi: insanların şüurunda demokratiya və yeni ideyalar yerini qeyri-müəyyən müddətə "daha praqmatik ideyalara” vermişdi, hansılara görə ki, məsələn, Rusiya faktorunu nəzərə almaq, ən əsası da barışmaq lazım idi ki, bizim cəmiyyətimiz hələ demokratiya üçün "yetişməyib” və bəlkə də heç vaxt "yetişməyəcək”, ona görə ki, Qərb demokratiyası guya bizim milli dəyərlərə uyğun gəlmir. 

Beləcə, yalnız milli müstəqilliyə "hə”dedi insanlar, qalan hər şey demək olar, rədd edildi və bizim "qurucu atalarımız” yalnız istiqlaliyyət və milli müstəqillik konteksində az-çox anılmağa başladılar.

Nəticədə kommunist Nərimanov yenə onların hamısından daha böyük diqqətə layiq görüldü – milli istiqlaliyyət fədailərinin heç birinin adı onun kimi əbədiləşdirilmədi və yüksəldilmədi.

Ona görə də hər dəfə, məsələn, metronun "Nərimanov” stansıyasından keçəndə qeyri-ixtiyari düşünürəm: əslində bizim tariximizdə bu adamın yeri harada olmalıdır? 

Müqayisə üçün deyim ki, hətta qonşu Gürcüstanda (hələ ki!) nəinki kommunist Stalinin və digərlərinin heç bir kultu yoxdur, hətta əsrin əvvəllərində keçmiş Rusiyanın və Gürcüstanın özünün həyatında fəal rolu olan gürcü menşeviklərinə (bolşeviklər bir yana!) hansısa xüsusi və əlahiddə münasibət yoxdur. Deyilənə görə, Stalinin yalnız Qoridə bircə büstü qalıb, o, da ona görə ki, bu adam burada doğulub.

Nərimanova gəldikdə, əlbəttə, bu adam tariximizin bir hissəsidir. Bir yazıçı kimi ona əvvəlki dövrlərdə olan diqqət ən azı oxucular və ədəbi mühit tərəfindən yoxdur. O gün baxıram ki, bir istedadlı azərbaycanlı yazar Marsel Prust haqda yazır! Başqa birisi İosif Brodskinin misralarını xatırayır. Özünüz deyin: Bu insanlar, xüsusən də onlardan sonra gələcək nəsil daha Nərimanov kimi yazıçıları ciddi və maraqlı ədib kimi qəbul edərlərmi? Onlara zorla Nərimanovun "Nadanlığ”ını, nə bilim, "Pir”ini oxutmağa dəyərmi?

Əlbəttə, söhbət ötən əsrin əvvəllərinin milli ədəbiyyatından gedir, ona görə də Nərimanovun da yaradıcılığı müəyyən tarixi maraq kəsb edəcək (yalnız mütəxəssislərçün), o cümlədən publisistikası – bu, maarifçiliyin  ölkəmizdə inkişafını izləmək baxımından lazımdır. 

Bilirsiniz, onda ziyalılarımız elə də çox deyildi. Nərimanov Qori seminariyasını və Novorossiysk Universitetinin tibb fakultəsini bitirmişdi. Bir daha deyim ki, belələrinə o illərin Azərbaycanında elə də çox təsadüf olunmurdu. 

Düzdür, onun yazılarında, hətta siyasi-publisistik məqalələrıində yüksək intellekt ziyası elə də hiss olunmurdu. 

Bədii əsərlərindən savayı rus dilində "Lenin və Şərq” adlı bir kitabçasınıı da oxumuşdum. Razılaşın, indiki dövrdə bu predmet kimin üçün maraqlı ola bilər? 

Bəli, mövzu bir məxəz kimi tarixçilərçün maraqlı ola bilərdi, amma inanmıram Nərimanovun yazdıqlarının heç olmasa, kiçicik bir hissəsini onlar da bölüşsünlər, çünki sovetin süqutundan sonra hamımız tamam başqa Lenini tanıdıq: "müdrik, mehriban İliç”in əvəzində qarşımızda uşaqlar üçün belə həbs düşərgələri yaradan bir qanlı despot dayandı ki, adam onu hətta Robespyerlə də müqayisə edə bilmir, çünki hətta sonuncu üçün də hansısa "qırmızı xətt” vardı...       

Nərimanov vaxtında bir ziyalı kimi icitimai cəhətdən də çox fəal olub. Siyasi fəaliyyətinə görə də Azərbaycanda ön sırada olanlardan biridir – hər halda, sovet Azərbaycanının tarixində onun qədər aparıcı rollardan birini oynayan siyasi xadim olmayıb. Həm də bu adamın siyasi fəaliyyəti bizim siyasi tarixi izləmək, Azərbaycanın o dövrdəki siyasi palitrasını araşdırmaq baxımdan maraqlıdır. 

Amma burada bir detal var. Birincisi, bu adam həmişə özünü əsl bolşevik sayıb və oğluna məktubunda da bunu vurğulayır. Əlbəttə, bu adama milli hislər yad olmayıb. Fəqət ondan millətçi, milli demokrat düzəltməyə ehtiyac yoxdur, tarixi necə olubsa, elə də qəbul etməliyik. 

İkincisi, bu adamı Azərbaycanda hakimiyyətə 11-ci Qızıl Ordu və Moskva gətirib – bəli, Azərbaycanın müstəqilliyinin üstündən xətt çəkərək. Keçmiş siyasətçilər, dövlət xadimləri adətən iki cəhətlərinə görə anılır. Onların bir hissəsi ölkələrinə istiqlaliyyət, milli müstəqillik qazandırıb. Digərlərisə ölkəyə azadlıq, demokratiya-hüriyyət gətirib. İndi gəlin görək, bizim Nərimanov bunların hansını edib?..

Bununla belə, biz artıq tarixə çevrilmiş şəxslərə münasibətdə ifrat kateqorikliyin tərəfdarı deyilik – tarix elə tarix olaraq da qalır. Üstəlik, deyilənə görə, bir dəfə böyük Rəsulzadə Nərimanov haqqında deyibmiş ki: "Doktor axıra qədər mübarizə apardı”... 

Bilmirəm, Rəsulzadə belə şey deyib, ya yox? Əgər deyibsə, düşünürəm, bundan böyük qiymət ola bilməz. 

Ona görə də Nərimanovun adını daşıyan hər şey qalmalıdır – bəli, rayon da, metro da, daha nə bilim, başqa nələrsə də... 

Amma adi bir vətəndaş kimi belə hesab edirik ki, tarixə münasibət birtərəfli olmamalıdır, xüsusən də nəzərə alanda ki, hər halda, indiki Azərbaycanda Nərimanovun yox, Rəsulzadənin, Topçubaşovun, Xoyski və Nəsib bəy Yusifbəylinin ideyaları yaşayır. 

Azərbaycan indi özünü Nərimanovun və digər bizim kommunistlərin qurduğu sovet Azərbaycanının yox, Rəsulzadənin, Topçubaşovun, Xoyskinin və b. qurduğu müstəqil Azərbaycanın siyasi varisi hesab edir. Ona görə də düşünürük ki, bu adamların Nərimanovla müqayisədə bir az kölgədə qalması heç də düzgün deyil.

Hüseynbala Səlimov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 May 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see463

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see290

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see276

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see212

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see211

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see210

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see208

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see203

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see198

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see198

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see198

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see197

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see195

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see194

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see194

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see191

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see191

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see190

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see190

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri