Nərimanovda qarajın önünü zəbt edən sahibkar səkiyə tumba quraşdırıb zəncirlədi FOTO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtda növbəti dəfə səkilərlə bağlı özbaşınalıq müşahidə edilib.
Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu Nəsib bəy Yusifbəyli küçəsində yenicə tikilən beşmərtəbəli qarajın qarşısında piyadaların hərəkət hissəsi özəlləşdirilib. Qarajın qarşısındakı səki əvəlcə kəsilərək parkinq zonası kimi ayrılıb. Daha sonra sahibkar dövlət qurumlarını aldada bilmək üçün həmin hissəyə metal tumbalar quraşdırıb.
Bununla da kifayətlənməyən sahibkar sanki daha əvvəldən edilibmiş kimi, həmin tumbaları zəncirlə də birləşdirib. Azı 2 metrlik səkini kəsib piyadalar üçün 50-60 santimetr yer qoyan qaraj sahibi aidiyyəti qurumların məsələyə göz yumacağını ümid edib. Sonradan yaradılan yol çiyninin qarşısının tumbalarla tutulmasına baxmayaraq, bardürlər hələ də bərpa edilməyib. Sahibkarın həmin hissədə gələcəkdə nələr planlaşdırdığı isə vətəndaşları narahat edir.
Sakinlər aidiyyəti qurumların tezliklə yaranan vəziyyəti nəzarətə götürməsini tələb edir.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 20 Oktyabr 2025 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















