Icma.az
close
up
RU
Nəsimi festivalının bağlanış tədbiri keçirilib VİDEO FOTO

Nəsimi festivalının bağlanış tədbiri keçirilib VİDEO FOTO

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Üçüncü Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının bağlanışı Bakıda "Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilib.

Trend xəbər verir ki, tədbirdə Nəsimi irsinə həsr olunmuş spiritual-irfani musiqili ədəbi-bədii gecə təşkil olunub.

Gecə "Savalan" qrupunun ifasında "Söz" layihəsinin iştirakçıları ilə şairlər və müsiqiçilərin birgə məclisi formatında qurulub. "Mən ki, dərvişəm", "Hardasan", "Eşq əhli", "Heyran olmuşam", "Sığmazam", "Mənəm mən" və digər əsərlər səslənib.

Festivalın bağlanışının son təqdimatı isə fərqli tərzdə ifaları ilə tanınan Çingiz Mustafayevin çıxışı olub. O, sufi motivləri əsasında performans təqdim edib.

Sentyabrın 23-25-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə Bakıda və şairin doğma yurdu Şamaxıda keçirilən Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalı maraqlı təqdimatlar, premyeralarla yadda qalıb. "İblis" əsəri və "Nəsimi dastanı" baletinin yeni quruluşda təqdimatları isə tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

2018-ci ildən təşkil olunan Nəsimi festivalı müxtəlif bədii ifadə formaları vasitəsilə humanizm, sevgi və tolerantlıq mövzularını araşdırmağı, mədəniyyətlər və nəsillər arasında yaradıcı dialoqu təşviq etməyi hədəfləyir. Genişmiqyaslı tədbirin proqramı müxtəlif sənət növləri və bilik sahələrini əhatə edir.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 26 Sentyabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 Sentyabr 2025 18:39see225

Zelenski BMT də danışır: Dostlar və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur

24 Sentyabr 2025 17:46see191

Qalatasaray və Fənərbaxça dan Real ın ulduzuna təklif

24 Sentyabr 2025 15:46see171

Xərçəng xəstəliyinin bu növünü yox etməyin çarəsi TAPILDI

24 Sentyabr 2025 17:43see170

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

24 Sentyabr 2025 23:49see167

Zelenskidən dünyaya vacib MESAJ

24 Sentyabr 2025 18:08see162

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

24 Sentyabr 2025 19:02see146

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

25 Sentyabr 2025 00:05see142

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see136

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see134

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

25 Sentyabr 2025 01:02see133

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

24 Sentyabr 2025 20:24see129

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

24 Sentyabr 2025 21:50see128

Putinlə Mişustinin maaşı artdı

24 Sentyabr 2025 21:33see124

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see123

Zelenski BMT Baş Assambleyasında çıxışını yekunlaşdırıb

24 Sentyabr 2025 18:36see122

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see121

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see121

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see120

Ərdoğan Makronla görüşdü

24 Sentyabr 2025 22:00see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri