Nəsimi Rayon Məhkəməsinin hakimindən natamam qərar 40 manatlıq cərimə ilə bağlı problem həll olunmur
Icma.az, Gununsesi saytına istinadən bildirir.
Avqust ayında Quba şəhərində Faiq Rüstəmliyə İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə 40 manat cərimə tətbiq olunub.
Gununsesi.info -ya müraciət edən vətəndaş avqust ayında İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə cərimələndiyini deyib.
Onun sözlərinə görə, Quba şəhər bazarının yaxınlığında avtomobilini yolun hərəkət hissəsində deyil, torpaq sahəsində saxlayıb. Buna baxmayaraq, barəsində inzibati xəta haqqında protokol tərtib olunub.
Cərimə ilə razılaşmayan Faiq Rüstəmli məsələ ilə bağlı əvvəlcə ASAN ödəniş və e-Polis vasitəsilə müraciət edib. Daha sonra Nəsimi Rayon Məhkəməsinə üz tutub.
Şikayətə hakim Ceyhun Əlikram oğlu Tağıyevin sədrliyi ilə baxılıb. Məhkəmənin 23 avqust 2026-cı il tarixli, EQ 38802809 saylı qərarı ilə cərimə barədə qərar ləğv edilərək iş yenidən araşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilib.
Qərar sentyabrın 16-da tərəflərə göndərilib, sentyabrın 26-da isə qüvvəyə minib. Vətəndaşın iddiasına görə, buna baxmayaraq, qərar hələ icra olunmayıb və cərimə şəxsi kabinetindən silinməyib.
Faiq Rüstəmli məsələ ilə bağlı 102 xidmətinə də müraciət etdiyini, lakin nəticə əldə etmədiyini deyib:
“Avqust ayında mənə Quba şəhərində 346.5 maddəsi ilə protokol tərtib olunub. Cərimə ilə razılaşmadığıma görə ASAN ödəniş və e-polis vasitəsilə şikayət yazmışam, şikayətə baxılmayıb. Qərarı əldə edib Nəsimi Rayon Məhkəməsinə müraciət etmişəm. Məhkəmə qərarı ləğv edərək yenidən araşdırılması üçün geri göndərib. Qərar 16 sentyabr tarixində tərəflərə göndərilib. 26 sentyabrda qərar qüvvəyə minməsinə baxmayaraq, hələ də icra edilməyib, şəxsi kabinetdən silinməyib. 102 xidməti vasitəsilə qərarın icra edilmədiyini bildirmişəm, yenə baxılmayıb”.
Araşdırmamız zamanı məlum olub ki, qərarın icra edilməməsinə səbəb məhkəmə qərarında iddianın qismən təmin olunmasıdır. Ancaq məhkəmə qərarı natamam olduğundan məsələ aydın deyil və bu səbəbdən problem bu günə kimi həllini tapmayıb.
Şəbnəm Rəhimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 07 Oktyabr 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















