Icma.az
close
up
RU
Netanyahu HƏMAS ın sülh yolu ilə tərksilah olacağına ümid edir

Netanyahu HƏMAS ın sülh yolu ilə tərksilah olacağına ümid edir

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrailin baş naziri Benyamin Netanyahu Fələstinin radikal HƏMAS hərəkatının üzvlərinin silahlarını sülh yolu ilə təhvil verməyə razılaşacaqlarına ümid edir.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrailin baş naziri "CBS News"a müsahibəsində deyib.

“Birincisi, HƏMAS silahlarını təhvil verməlidir. Ümid edirəm ki, biz bunu sülh yolu ilə edə bilərik. Biz, şübhəsiz ki, buna hazırıq”, - deyə o qeyd edib.

Netanyahu deyib ki, tərksilahdan başqa, "Qəzzada silah fabriklərinin olmaması" və anklavda "silah qaçaqmalçılığının olmaması" təmin edilməlidir.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, ABŞ Fələstinin HƏMAS hərəkatını tərksilah etmək niyyətindədir. “Əgər hərəkat silahlarını könüllü olaraq təhvil verməkdən imtina edərsə, o, bəlkə də güc yolu ilə” tərksilah ediləcək”, – deyə Ağ Evin hazırkı başçısı vurğulayıb. Netanyahu “bunun baş verməyəcəyinə” ümid etdiyini bildirib.

Sentyabrın 9-da Ağ Ev Trampın Qəzza zolağında münaqişənin həllinə yönəlmiş “hərtərəfli planını” açıqlayıb. Sənəd 20 bənddən və digər məsələlərlə yanaşı, Fələstin anklavında müvəqqəti xarici idarəetmənin tətbiqi və orada beynəlxalq sabitlik qüvvələrinin yerləşdirilməsinə çağırışlardan ibarətdir.

Oktyabrın 9-da Tramp İsrail və Fələstin HƏMAS hərəkatının nümayəndələrinin Misirdəki danışıqlardan sonra sülh planının birinci fazası üzrə razılıq əldə etdiklərini açıqlayıb. Onun sözlərinə görə, bu mərhələ bütün girovların azad edilməsini və İsrail qoşunlarının Qəzzada razılaşdırılmış xəttə çıxarılmasını nəzərdə tutur.

Oktyabrın 13-də Həmas və onu dəstəkləyən Fələstin qrupları bütün girovları azad ediblər. Onlardan 20-si Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə İsrail hərbçilərinə təhvil verilib və artıq yəhudi dövlətinin ərazisindədir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:304
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Oktyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri