Icma.az
close
up
RU
Netanyahu və Kuşner Qəzzada HƏMAS ın tərksilah edilməsi məsələsində razılaşıblar

Netanyahu və Kuşner Qəzzada HƏMAS ın tərksilah edilməsi məsələsində razılaşıblar

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ prezidentinin baş müşaviri Cared Kuşner İsrail qoşunları tam çıxarılana qədər Qəzzanın tam demilitarizasiyası və HƏMAS-ın tərksilah edilməsi barədə razılığa gəliblər.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Ynet" İsrail mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, razılaşma Qəzzada nizamlanma üzrə Sülh Şurasının planının həyata keçirilməsinə həsr olunmuş Netanyahu və Kuşnerin dörd saatlıq görüşü zamanı əldə olunub.

Mənbənin sözlərinə görə, Fələstin anklavının bərpası yalnız HƏMAS-ın Qəzzanın bütün ərazisində tərksilah edilməsindən sonra başlayacaq. Netanyahu tələb edib ki, ilk addım hərəkat üzvlərinin silahlarını Qəzzada Beynəlxalq Sabitlik Qüvvələrinin komandanı general Casper Ceffersə təhvil verməsi olsun. Proses ABŞ-nin nəzarəti altında baş tutmalıdır.

Sülh Şurasındakı mənbə bildirib ki, tərəflər yekun məqsədlə – HƏMAS-ın tərksilah edilməsi və Qəzzanın demilitarizasiyası ilə razılaşıblar. Bundan sonra İsrail Müdafiə Ordusunun qoşunları tamamilə bölgədən çıxarılmalıdır. Onun sözlərinə görə, bir neçə həftə ərzində hərəkat tərksilah istiqamətində real addımlar nümayiş etdirməlidir.

İsrail həmçinin tərəflərin nəzarətində olan əraziləri ayıran "sarı xətt" boyu İsrail ordusunun mövqelərinin saxlanılmasında israr edir və hərbçilərinə qarşı təhlükələrin qarşısını almaq imkanının olmasını tələb edir.

Bundan əlavə, görüşdə Qəzzada sanitar fəlakət təhlükəsi müzakirə olunub. İştirakçılar epidemiyaların yayılmasının və yeraltı və sahil sularının çirklənməsinin qarşısını almaq üçün tədbirlər hazırlamaq barədə razılığa gəliblər.

İsrail tərəfinin məlumatına görə, görüş müsbət keçib.

"Mən təhlükəsizliyinizi necə təmin etdiyinizə qarışmayacağam", - Kuşner deyib.

Bununla belə, İsrail tərəfi bildirib ki, Fələstin dövlətinin yaradılması üçün şərait yarada biləcək addımlarla razılaşmayacaq. ABŞ tərəfi əldə olunmuş razılaşmaların həyata keçirilməsinə nail olmaqda qətiyyətli olduğunu qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://baku.ws
archiveBu xəbər 17 Avqust 2026 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri