Netanyahu: İsrail lazım olan hər yerdə Hizbullah a zərbələr endirməyə davam edəcək
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrail Müdafiə Ordusu "Hizbullah" qruplaşmasına lazım olan hər yerdə zərbələr endirməyə davam edəcək.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Mesajımız aydındır: İsrailin mülki vətəndaşlarına qarşı hərəkət edən hər kəs hədəf olacaq. Sakinlərin tam təhlükəsizliyini bərpa edənə qədər biz lazım olan hər yerdə "Hizbullah"a zərbələr endirməyə davam edəcəyik", - o bidirib.
Baş nazir, həmçinin əlavə edib ki, İsrail ordusu ötən gecə Livanın cənubundakı bir sıra infrastruktur obyektlərinə, keçid məntəqələrinə, habelə "Hizbullah"ın silah anbarlarına və komanda mərkəzlərinə zərbələr endirib.
"Biz "Hizbullah"a qətiyyətlə zərbələr endirməkdə davam edirik", - o əlavə edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 09 Aprel 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















