Netanyahu İsrailin Qətərə zərbəsini ABŞ ın Əfqanıstandakı kampaniyası ilə müqayisə edib
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahu hesab edir ki, Qətərin paytaxtı Dohaya endirilən zərbə ABŞ-ın 2001-ci il 11 sentyabr terror aktlarından sonra Əfqanıstanda apardığı hərbi kampaniya qədər əsaslı idi.
APA xəbər verir ki, bu barədə hökümət başçısının ofisi məlumat yayıb.
Baş nazirin sözlərinə görə, müasir İsrail tarixində 11 sentyabr hücumlarının birbaşa analoqu HAMAS radikallarının 2023-cü ilin 7 oktyabrında həyata keçirdiyi hücumdur.
“ABŞ 11 sentyabrdan sonra nə etdi? Terror aktını törədənləri harada olsalar da izləyəcəyinə söz verdi. İki həftə sonra isə BMT Təhlükəsizlik Şurasından hökumətlərin öz ərazilərində terrorçuları gizlədə bilməyəcəyini təsbit edən qətnamə qəbul etdirdi”, – deyə Netanyahu bildirib.
Baş nazir vurğulayıb ki, İsrail də 9 sentyabrda Dohaya zərbə endirərək HAMAS rəhbərliyini zərərsizləşdirməyə çalışmaqla “ABŞ-ın 2001-ci ildə atdığı addımlarla eyni ruhda hərəkət edib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 10 Sentyabr 2025 22:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















