Icma.az
close
up
RU
Netanyahu Livanda atəşkəs planını hökumətin müzakirəsinə təqdim etmək qərarına gəlib

Netanyahu Livanda atəşkəs planını hökumətin müzakirəsinə təqdim etmək qərarına gəlib

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

İsrailin baş naziri Benyamin Netanyahu televiziyadan müraciəti zamanı Livanda atəşkəs planını ölkənin hərbi-siyasi kabinetinin müzakirəsinə təqdim etmək qərarına gəldiyini deyib.

APA xəbər verir ki, Netanyahu atəşkəsin müddətinin hadisələrin gedişatından asılı olacağını, İsrailin “Hizbullah”ın hücum edəcəyi təqdirdə cavab vermək hüququnu özündə saxladığını deyib.

“Bu axşam mən Nazirlər Kabinetinə Livanda atəşkəs planını təqdim edirəm. Bu atəşkəsin müddəti baş verəcək hadisələrdən asılıdır. Birləşmiş Ştatlarla tam əməkdaşlıq edərək, biz tam hərbi fəaliyyət azadlığını saxlayırıq. “Hizbullah” razılaşmaları pozarsa və silahlanmağa çalışarsa, hücum edəcəyik. Əgər “Hizbullah” sərhədimiz yaxınlığında terror fəaliyyətlərini bərpa etməyə və ya raket atmağa cəhd etsə, hücum edəcəyik”, - baş nazir bildirib.

Netanyahu “Hizbullah”ın heç vaxt əvvəlki kimi olmayacağını vurğulayaraq sözlərinə belə davam edib: “Biz onları onilliklərlə geriyə salmışıq. Əsəd də odla oynadığını başa düşməlidir. Müharibə, məqsədlərinə çatana və şimal yaşayış məntəqələrinin sakinləri öz evlərinə qayıtmayana qədər bitməyəcək”.

Netanyahunun sözlərinə görə, İsrail müqaviləyə ciddi şəkildə əməl edəcək və istənilən pozuntuya sərt reaksiya verəcək. Hökumət başçısı hazırda atəşkəsə razılıq vermək qərarını üç əsas mülahizə ilə izah edib; İran təhlükəsinə diqqətdə saxlamaq, ölkənin silah təchizatını artırmaq və qüvvələri bərpa etmək, HƏMAS-ı təcrid etmək.

Netanyahu əməliyyatlar sayəsində “Hizbullah”ın baş katibi Həsən Nəsrullahı, təşkilatın liderlərini, silahlarının çoxunu, minlərlə döyüşçüsünü və əsas infrastrukturunu məhv etdiklərini qeyd edib.

“Çoxları bizim qətiyyətimizə şübhə edir, amma sizə xatırladıram, biz gücümüzü və öhdəliyimizi artıq sübut etmişik. Dediyim kimi, yaxşı razılaşma onunla əməl olunan razılaşmadır və biz ona əməl edəcəyik", - Netanyahu bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://apa.az
archiveBu xəbər 26 Noyabr 2024 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see213

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see202

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see173

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see169

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see158

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see156

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see151

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see144

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see142

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see138

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see136

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see135

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see134

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see133

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see132

Zəngilan son beş ildə müasir və böyük əhəmiyyətə malik bölgəyə çevrilib

20 Oktyabr 2025 09:17see130

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see128

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see123

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see122

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri